Azərbaycanda peşəkar mətbuatın formalaşması və sürətli inkişafı Ulu Öndərin adı ilə bağlıdır

bodrum escort bayan

Şübhəsiz ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi peşəkar mətbuatın formalaşması və sürətli inkişafı da Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hələ birinci dövrünə nəzər salarkən görmək olur ki, Heydər Əliyev Sovet dövründə Azərbaycanda mətbuatın inkişafı üçün misilsiz xidmətlər göstərib.
“Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlanmış, kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları görünmüşdür. Bir sözlə Sovet mətbuatında ciddi qadağaların və senzuranın hökm sürdüyü bir vaxtda, Heydər Əliyev söz və mətbuat azadlığının əsasını qoyaraq, bunu Azərbaycanda dəyişməz həyat reallığına çevirib.Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı isə milli mətbuatımızın xaosdan, anarxiyadan qurtuluşunu, sosial məsuliyyətə əsaslanan söz azadlığı mühitinin yaranmasını təmin etmişdir. Elə həmin dövrdən başlayaraq Azərbaycan mətbuatında yeni səhifə açılmışdır. Təsadüfi deyil ki, Azərbaycanın Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz fikrini sərbəst ifadə etmək hüquqları təsbit olunub.1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar azad və sərbəst formada fəaliyyət göstərsin. 1998-ci ildə dövlət başçısı Heydər Əliyevin fərmanı ilə senzuranın ləğv edilməsi bu sahədə dönüş yaratmış, ölkədə yeni dövr jurnalistikasının yaranmasına yol açmışdır.1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etmiş, yeni mətbuat orqanlarının təsis olunması prosedurasını asanlaşdırılmışdır. 2000-ci ilin martında Ulu Öndərin sərəncamı ilə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqamı təsdiq olunmuş, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdir.
Azad mətbuatın inkişafına əngəl yaradan süni manelərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, media işçiləri ilə mütəmadi görüşlər kimi ənənələrin yaradılması Heydər Əliyevin azad sözə və media işçilərinə verdiyi dəyərin bariz nümunəsidir.
“Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi ənənənin əsası da məhz Ümummilli Lider tərəfindən qoyulmuşdur. 2000-ci ildə Ulu Öndərin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirilmişdir. Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Məhz Ümmumilli Liderin gələcəyə hesablanmış uzaqgörən xidmətlərinin nəticəsidir ki, bu gün Azərbaycan mediası özünün inkişaf mərhələsini yaşayır. Əsası Ulu Öndər tərəfindən qoyulan söz və fikir azadlığının bünövrəsi üstündə qurulan müasir və güclü media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanları yaratmışdır. Son illər media fəaliyyətinin qanunvericilik bazasınıntəkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində zəruri tədbirlər görülüb.Azərbaycanın hazırki mediası Ulu Öndərin bizə miras qoyduğu dövlətçilik, azərbaycançılıq, ənənələrə və milli kimliyə bağlılıq, eyni zamanda müasirlik, yenilikçilik kimi ideyaların təbliği üçün əlindən gələni əsirgəmir. Ona görə də bu gün əminliklə demək olar ki, media ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir.

Paylaş: