KONKRET.az xəbər verir ki,bu haqda məlumatı bir müddət əvvəl internet provayderləri öz saytlarında yayıb.
Qurumun Mətbuat Xidmətindən Referans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC əhalinin yüksəksürətli internetə olan tələbatının artmasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə 15 avqust 2024-cü il tarixindən etibarən müvafiq dəyişikliklər həyata keçirəcək.“Yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və maksimum sürət 250 Mbit/s təşkil edəcək. Hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək.Qeyd edək ki, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və rəqəmsal imkanlara çıxışın təmin edilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulmasında GPON (Gigabit Passive Optical Network/ Giqabit Passiv Optik Şəbəkə) və digər texnologiyaların tətbiqi həyata keçirilir”.Məlumatda qeyd olunub ki, GPON fiber-optik xətlər vasitəsilə genişzolaqlı kommunikasiya texnologiyasıdır. Əsas məqsədi ev, mənzil və biznes subyektlərini yüksəksürətli internet bağlantısı ilə təmin etməkdir.“GPON fərqli xidmətlərin (internet, telefon, televiziya və s.) eyni fiber-optik xətt üzərindən ötürülməsinə imkan verən bir sistemdir. GPON texnologiyası 2,5 Gbit/s endirmə (download) və 1,25 Gbit/s yükləmə (upload) sürətini dəstəkləyir.Bu, internetdən çoxlu sayda məlumatların sürətli şəkildə ötürülməsinə imkan verir, fiber-optik xəttin effektiv istifadəsini təmin edir və bu səbəbdən daha çox istifadəçiyə xidmət göstərə bilir. Bu texnologiya optik xətlərin 10-12 km-dək olan məsafələrdə istifadə edilməsinə imkan yaradır, geniş ərazilərdə xidmət göstərməyi asanlaşdırır və müxtəlif xidmətlərin (internet, IPTV, VoIP və s.) eyni zamanda ötürülməsi zamanı xidmət keyfiyyətinin təmin edilməsini dəstəkləyir.Əlavə məlumat üçün bildirək ki, qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin və “Bakı Telefon Rabitəsi” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək”.
Vətəndaşlara tariflərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Aztelekom” MMC üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, “Bakı Telefon Rabitəsi” MMC üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə keçid etmək məsləhət görülür.