Göyçayın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

bodrum escort bayan

Xəbəraztv.Az xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əsasən 67974,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz az ümumi məhsul buraxılışı olmuşdur.

Məhsul və xidmətlərin 50,3 faizi istehsal sahələrinin, 49,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Məhsul və xidmətlərin 16253,9 min manatı və ya 23,9 faizi sənayedə, 16990,4 min manatı və ya 25,0 faizi kənd təsərrüfatında, 969,2 min manatı və ya 1,4 faizi tikintidə, 1071,7 min manatı və ya 1,6 faizi nəqliyyatda, 583,7 min manatı və ya 0,9 faizi rabitədə, 32105,7 min manatı və ya 47,2 faizi ticarət və xidmət sahələrində istehsal edilmişdir.

Sənaye. 2023-cü ilin yanvar-mart aylarında sənaye istehsalı indeksi 78,4 faiz təşkil etmişdir. Sənaye məhsulunun 90,1 faizi emal sənayesinin, 9,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölmələrinin payına düşür.

Kənd təsərrüfatı. 2023-cü ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 16990,4 min manat təşkil etmişdir ki, onun da 16793,8 min manatı heyvandarlıq, 196,6 min manatı isə bitkiçilik məhsullarının payına düşür.

Bitkiçilik. 2022-ci ilin payızında 2023-cü ilin məhsulu üçün 13100,0 hektar sahədə payızlıq dənli bitkilərin əkini aparılmışdır ki, bunun da 6539,0 hektarı buğda, 6561,0 hektarı arpadır. Ötən illə müqayisədə payızlıq dənli bitkilərin əkini 758,0 hektar və ya 6,1 faiz çox aparılmışdır.

2023-cü ilin aprel ayının 1-i vəziyyətinə 1059,1 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,6 hektar və ya 7,9 faiz az əkin aparılmışdır. Əkin sahəsinin 182,0 hektarını kartof, 421,6 hektarını tərəvəz, 455,5 hektarını çoxillik otlar təşkil edir. Yazlıq bitkilərin əkini davam etdirilir.

Heyvandarlıq. 2023-cü ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 1951,0 ton ət, 5027,0 ton süd, 4675,0 min ədəd yumurta istehsal edilmişdir.

2023-cü il aprelin 1-i vəziyyətinə 36290 baş iribuynuzlu mal-qara, o cümlədən 18027 baş inək və camış, 60987 baş qoyun və keçi mövcud olmuşdur.

Tikinti. 2023-cü ilin yanvar-mart aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1391,8 min manat vəsait yönəldilmiş, onun 69,6 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 15,6 faiz çox, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 16,2 faiz az olmuşdur. İstifadə edilən investisiyanın 25,3 min manatı dövlət mülkiyyətinin, 1366,5 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

Tikinti müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 1525,3 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1517,2 min manat və ya 49,9 faiz az olmuşdur.

Pərakəndə ticarət və ödənişli xidmət. 2023-cü ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 102247,3 min manat olmaqla 2022-ci iln müvafiq dövrünə nisbətən 31991,8 min manat və ya 0,9 faiz artmışdır.

2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artaraq 19995,3 min manat olmuşdur.

Nəqliyyat, informasiya və rabitə. 2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 219,0 min ton yük və 2701,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,0 min ton və ya 3,3 faiz yük, 521,0 min və ya 23,9 faiz sərnişin daşınması çox olmuşdur.

2023-cü ilin yanvar-mart aylarında informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 583,7 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 132,6 min manat və ya 29,4 faiz çox xidmət göstərilmişdir.

Demoqrafik vəziyyət. 2023-cü il aprel ayının 1-i vəziyyətinə əhalinin sayı 55 nəfər və ya 0,05 faiz artaraq 117902 nəfərə çatmışdır.

Əhalinin ümumi sayından 34257 nəfəri (29,1 faizi) şəhər, 83645 nəfəri (70,9 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.

2023-cü ilin yanvar-mart ayları ərzində 271 doğulan körpə və 219 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 9,3, ölüm səviyyəsi isə 7,5 təşkil etmişdir.

2023-cü ilin yanvar-mart ayları ərzində Rayon Qeydiyyat şöbələri tərəfindən 103 nikah və 41 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı 1,4 olmuşdur.

Bu ilin üç ayında rayona daimi yaşamaq üçün 13 nəfər gələn və 10 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 3 nəfər təşkil etmişdir.

Əməkhaqqı və yeni iş yerləri. 01 aprel 2023-cü il vəziyyətinə iqtisadiyyatda məşğul olanların sayı 58749 nəfər olmaqla rayon əhalisinin 49,8 faizini təşkil edir.

Məşğul əhalinin 11736 nəfəri və ya 20,0 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-fevral ayları üzrə 531,4 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artmışdır.

Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2023-cü ilin yanvar-mart aylarında 1093 nəfər olmuşdur.

2023-cü il aprel ayının 1-i vəziyyətinə mövcud müəssisə və təşkilatlarda olmaqla 11 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir.

Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2023-cü ilin mart ayında 2023-cü ilin fevral ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, banan, naringi, mal əti, qoyun əti, quş əti, kərə yağı, uzun düyü, pendir bahalaşmışdır. Eyni zamanda göyərti, pomidor, xiyar, yumurta, buğda unu, qarabaşaq yarması, şəkər, şəkər tozu ucuzlaşmışdır.

2023-cü ilin mart ayında 2022-ci ilin mart ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından mal əti, qoyun əti, quş əti, kərə yağı, uzun düyü, pendir, şəkər, şəkər tozu, karamel bahalaşmışdır. Eyni zamanda buğda unu, qarabaşaq yarması ucuzlaşmışdır.

Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

2023-cü ilin yanvar-mart ayları,
faktiki

2023-cü ilin
yanvar-mart ayları

2022-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Ümumi daxili məhsul, min manat 67 974,6 96,4
Sənaye məhsulu, min manat 16 253,9 78,4
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat 1391,8 115,6
Kənd təsərrüfatı məhsulu, min manat 16990,4 97,8
Nəqliyyat sektorunda yük daşınması, min ton 219,0 103,3
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin 2 701,0 123,9
İnformasiya və rabitə xidmətləri, min manat 583,7 129,4
Pərakəndə ticarət dövriyyəsi, min manat 102 247,3 100,9
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat 19 995,3 111,9
Orta aylıq nominal əməkhaqqı, manat 531,4 107,9

Göyçay Rayon Statistika İdarəsinin rəisi: Teymur Şirinov

Paylaş: