2024-cü ilin yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 250574,4 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə16,8 faiz çox ümumi məhsul buraxılışı olmuşdur.Məhsul və xidmətlərin 71,0 faizi istehsal sahələrinin, 29,0 faizi isə xidmət sahələrinin payına düşmüşdür.Məhsul buraxılışının30296,2 min manatı və ya 12,1 faizi sənaye, 114452,2 min manatı (45,7 faizi) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 33087,5 min manatı (13,2 faizi) tikinti, 2567,5 min manatı (1,0 faizi) nəqliyyat və anbar təsərrüfatı, 1005,9 min manatı (0,4 faizi) informasiya və rabitə, 69165,1 min manatı (27,6 faizi) ticarət; nəqliyyat vasitələrinin təmirisahələrinin payına düşür.Əvvəlki ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi sənaye üzrə 113,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 102,4 faiz, tikinti üzrə 9,4 dəfə çox, nəqliyyat və anbar təsərrüfatı üzrə 105,1 faiz, informasiya və rabitə üzrə 76,7 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiriuzrə isə 100,4 faiz təşkil etmişdir.Sənaye 2024-cü ilin yanvar-iyun aylarında sənaye istehsalı indeksi 113,4 faiz təşkil etmişdir.Sənaye məhsulunun 0,3 faizi mədənçıxarma sənayesinin, 91,0 faizi emal sənayesinin, 8,5faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Tikinti.2024-cü ilin yanvar-iyun aylarında rayonun iqtisadivə sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17463,6 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çox investisiya yönəldilmişdir. Sərmayə qoyuluşunun 17421,2 min manatı və ya 99,8 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.Kənd təsərrüfatı.2024-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 114452,2 min manat təşkil etmişdir ki, onun da 37479,2 min manatı heyvandarlıq, 76973,0 min manatı isə bitkiçilik məhsullarının payına düşür.Bitkiçilik.2024-cüil iyul ayının 1-nə kimi 2169,4 hektar sahədə yazlıq bitkilər, o cümlədən 515,7 hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 35,7 hektarı dən üçün qarğıdalı), 183,5 hektar sahədə kartof,676,7 hektar sahədə tərəvəz, 70,0 hektar sahədə bostan bitkiləri, 1,5 hektar sahədə dən üçün günəbaxan, 684,0 hektar sahədə çoxillik otlar, 38,0 hektar sahədə birillik otlar əkilmişdir.Heyvandarlıq.2024-cü ilin yanvar-iyun aylarında, quş əti də daxil olmaqla, diri çəkidə 4198,0 ton ət, 10895,0 ton süd,11085,0 min ədəd yumurta, 121,0 ton yun istehsal olunmuşdur.2024-cü il iyulun 1-i vəziyyətinə rayon üzrə 36104 baş iribuynuzlu mal-qara, o cümlədən 18369 baş inək və camış, 66994 baş qoyun və keçi mövcud olmuşdur.
Nəqliyyat, informasiya və rabitə.2024-cü ilin yanvar aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 447,0 min ton yük və 6325,0 min nəfər sərnişin daşınmışdır.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,0 min ton və ya 6,9 faiz yük, 397,0 min sərnişin və ya 6,7 faiz çox olmuşdur.2024-cü ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə,müəssisə və təşkilatlarafaktiki qiymətlərlə1005,9min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə300,1 min manat və ya 23,3faiz az xidmət göstərilmişdir.Pərakəndə ticarət və ödənişli xidmət.2024-cü ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə pərakəndə ticarət şəbəkələrindən satılmış məhsulların dəyəri 216140,9 min manat olmaqla, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 1305,0 min manat və ya 0,4 faiz artmışdır.2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə7,0 faiz artaraq 49925,8 min manat olmuşdur.Qiymət indeksləri. 2024-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 99,6 faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 98,5 faiz, qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi 99,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə 101,3 faiz təşkil etmişdir.Əməkhaqqı.01 iyul 2024-cü il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 53228 nəfər olmaqla rayon əhalisinin 44,8 faizini təşkil edir.01 iyun 2024-cü il vəziyyətinə məşğul əhalinin 11630 nəfəri muzdla işləyənlər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-may ayları üzrə 600,5 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı2024-cü ilin yanvar-iyun ayları üzrə1826 nəfər olmuşdur.2024-cü il iyul ayının 1-i vəziyyətinə 81 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərindən2-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 79-u isə mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Demoqrafik vəziyyət.Rayon əhalisinin sayı ilin əvvəlindən 179 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 118746 nəfər təşkil etmişdir. Əhalinin ümumi sayının28,9 faizini şəhər, 71,1 faizini kənd sakinləri, 50,1faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.Cari ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat Şöbəsi tərəfindən539 doğulan körpə və 382 ölüm halları qeydə alınmışdır.2024-cü ilin yanvar-iyun aylarında256 nikah və 92 boşanma halları qeydə alınmışdır.
2024-cü ilin yanvar-iyun aylarında rayona daimi yaşamaq üçün 31nəfər gələn və 9 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 22 nəfər təşkil etmişdir.
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
2024-cüilinyanvar-iyunayları,faktiki
2024-cüilinyanvar-iyunayları
2023-cüilinyanvar-iyunaylarına
nisbətən, faizlə
Ümumiməhsulburaxılışı, min manat 250 574,4 116,8
Sənayeməhsulu, min manat 30 296,2 113,4
Əsaskapitalayönəldilmişvəsaitlər, min manat 17 463,6 2,4 d.
Kəndtəsərrüfatıməhsulu, min manat 114 452,2 102,4
Nəqliyyatsektorundayükdaşınması, min ton 447,0 106,9
Nəqliyyatsektorundasərnişindaşınması, min sərnişin 6 325,0 106,7
İnformasiyavərabitəxidmətləri, min manat 1005,9 76,7
Pərakəndəticarətdövriyyəsi, min manat 216 140,9 100,4
Əhaliyəgöstərilənödənişlixidmətlər, min manat 49 925,8 107,0
Ortaaylıq nominal əməkhaqqı, manat 600,5 106,2