Bu gündən yeni tədris ili başlayır. Bununla əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görülür, şəxsi heyət gücləndirilmiş iş rejimində çalışır. Lakin, yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər, yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması, məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, ələlxüsus övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır.
Axtar
Xəbər xətti
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
- Prezident Olimpiya medalçılarını mükafatlandırdı – Məbləğ açıqlandı
- Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi – Siyahı
- Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq
- Prezident Fərman imzaladı – əmək müqavilələri bu qaydada bağlanacaq
- Hava proqnozu: Sabah, avqustun 13-də hava durumu necə olacaq?
- Prezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı
Təqvim
Copyright © 2024 Xəbər AzTv