Nikahın qeydə alınması haqqında

bodrum escort bayan

Ailə cəmiyyətin və dövlətin təməlidir.Ailə bir cəmiyyətin sağlam təməllər üzərində qurulmasında çox mühüm əhəmiyyət kəsb edir.Ailə cəmiyyətin güc mərkəzidir desək yanılmarıq.Eyni zamanda sağlam ailə güclü dövlət olmanın başlanğıcıdır.Ailə və nikah dövlətin dayandığı təməl sosial anlayışdır.Buna görə də ailə hüquq münasibətləri, nikah Azərbaycan Respublikasının əsas qanunvericilik aktı olan Konstitusiyanın müvafiq maddələrində öz əksini tapmışdır.17-ci maddəyə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.Konstitutsiyamızın 34-cü maddəsində əsas insan hüquq və azadlıqların bölməsində nikah hüququ öz əksini tapmışdır.Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
Göründüyü kimi ailə münasibətlərinin hüquqi tənzimi aşağıdakı təməl prinsiplərə söykənir:
-kişi ilə qadının nikahının könüllüyü
-ər və arvadın hüquq bərabərliyi
-ailədaxili məsələlərin qarşılıqlı həlli
-uşaqların ailə tərbiyəsinin üstünlüyü,onların inkişafına qayğı
-ailə münasibətlərində sosial,irqi,milli,din və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının qadağan edilməsi;
Nikah— evlənmənin qanuniləşdirilməsidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinə əsasən desək, kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ər-arvadın hüquq və vəzifələri nikahın dövlət qeydiyyatına alındğı gündən yaranır. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur.Nikaha daxil olmaq istəyən kişi ilə qadın tibbi müayinədən keçdiklərini təsdiq edən arayış və razılıq ərizələrini qeydiyyat orqanlarına (icra nümayəndəliklərinə və konsulluq idarələrinə) təqdim etdiyi gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.Burda bir vacib məsələ də var ki, qanunvericilik nikaha daxil olmaq üçün tərəflərin şəxsən iştirakını nəzərdə tutur və nikahın etibarnamə ilə bağlanmasını qadağan edir. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.
Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması, bu Qaydanın (31.10.2003-cü il tarixli,NK-nin 145 saylı qərarı)3.9-cu bəndində nəzərdə tutulmuş digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Konkret vəziyyətdən asılı olaraq hər bir ayrı-ayrı halda müddətin azaldılması və ya uzadılması vaxtı müəyyən edilir. Səbəbi göstərilməklə ərizələrin uçot jurnalında nikahın qeydə alınması müddətinin azaldılması və ya uzadılması haqqında müvafiq qeyd aparılır.Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzürlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir.
Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.
Nikaha daxil olmaq üçün ərizə qəbul olunarkən qeydiyyat orqanında diqqət edilməli əsas məsələlərdən biri də nikah bağlanmasına mane olan halların olmamasının araşdırılmasıdır.Qanunvericilik yaxın qohumlar,övladlığa götürən və götürülənlər,ikisindən biri və hər ikisi başqası ilə nikahda olan şəxslər,tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı(bu arayış 1 ay müddətinə yaşayış yeri üzrə dövıət və ya bələdiyyə xəstəxanaları tərəfindən verilir) təqdim etməyənlər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabilliyyəti olmayan hesab eilən şəxslər arasında nikah bağlanmasına yol vermir.Gələcəkdə bu cür halların olduğu subut olunarsa bu nikahın etibarsız sayılması üçün əsasdır.
Son zamanlar soaial-demoqrafik vəziyyətin dəyişməsi,boşanma hallarının artması ailə-nikah münasibətlərini tənzimləyən qanunvericilik aktlarında dəyişiklikləri zəruri etmişdir.Xüsusi ilə də erkən nikahların (xüsusilə qızların məktəbdən kənarlaşdırılaraq nikaha daxil olmağa məcbur edilməsi ),qohum nikahlarının çoxalması,rəsmi nikah münasibətlərinə daxil olmadan ailə kimi yaşama hallarının artması bu sahədə yeni qadağaların artırılmasını zəruri etmişdir.
Ailə Məcəlləsinə 2025-ci il 1 iyuldan qüvvəyə minməsi nəzərdə tutulan yeni dəyişikliklərə görə nikah yaşının azaldılması, qohum nikahlar, azyaşlıları nikaha məcbur etmə kimi hallar qadağan edilir və bu qanunu pozanlar üçün müvafiq olaraq cinayət və inzibati məsuliyyət nəzərdə tutur.
Ağdaş rayon Qeydiyyat şöbəsinin
rəisi Teymur Mustafayev

Paylaş: