Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək “Zəfər” altsistemi artıq fəaliyyətə başlayıb.Sistemin yaradılmasında məqsəd şəhid və şəhid ailəsi statusu alan, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərə və müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizmini təkmilləşdirilməkdir.Kimlər müharibə veteranı hesab edilir və şəxsin müharibə veteranı hesab edilməsi üçün hansı sənəd tələb olunur?1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.2022-ci ilin yanvarın 1-dən etibarən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir. Şəxsin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.Qeyd edək ki, hazırda Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.
Qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, “Müharibə veteranı” adı və vəsiqəsi verəcək.Həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək.Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.
Axtar
Xəbər xətti
- Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ!
- Kimləri işdən çıxarmaq olmaz?
- Vilayət Eyvazov bu avtomobillərlə bağlı göstəriş verdi
- Noyabrda bu tarixlərdə iş olmayacaq
- NATO-nun Ukrayna münaqişəsində iştirakını fəlakət adlandırdı
- Şahdağ və Zaqatalaya qar yağdı
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
Təqvim
Copyright © 2024 Xəbər AzTv