Gürcüstanda yaşa görə pensiyanın məbləği artdı

bodrum escort bayan

Gürcüstanda 851 400 pensiyaçı yaşa görə pensiya alır, onlardan 247 400-ü kişi, 604 mini qadındır.Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb.Cari il iyulun 1-nə olan məlumata görə, pensiyaçıların əsas hissəsini yaşı 75-dən aşağı olan vətəndaşlar təşkil edir.Gürcüstanda 90 yaşdan yuxarı 12 100 pensiyaçı var ki, onlardan 2900-ü kişi, 9200-ü qadındır.Gürcüstanda qocalığa görə pensiya qadınlara 60, kişilərə isə 65 yaşdan sonra verilir. 2024-cü il yanvarın 1-dən dövlət pensiyasının məbləği yaşdan asılı olaraq 315 lari (197manat) və 415 lari (260 manat) təşkil edir.

Paylaş: