Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər

bodrum escort bayan

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Latviya Seyminin sədri Dayqa Mierinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əvvəlcə Latviya Seyminin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Dayqa Mierina Xatirə kitabını imzalayıb.Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə təsadüf etdiyini deyən Latviya parlamentinin sədri ölkəmizə səfərini əlamətdar adlandırıb. O, Latviyanın 2026-2027-ci illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın birmənalı dəstəyinə görə təşəkkürünü bildirib.
Latviya parlamentinin sədri Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratını bölüşüb. Deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli oldu.
O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.
Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.
Söhbət zamanı Azərbaycanın COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb.Qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Latviyanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.

Paylaş: