Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.Ölkə başçısı seçkilərdə müşahidəçi qismində iştirakına görə TÜRKPA nümayəndə heyətinə və müşahidə missiyasının bütün üzvlərinə təşəkkürünü bildirdi.
Müşahidə missiyasının üzvləri prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik etdilər. Onlar həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini məmnunluqla bildirdilər və bunu tarixi məqam kimi qiymətləndirdilər.Prezident İlham Əliyev bu seçkilərin tarixi hadisə olduğunu deyərək ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş səsvermə prosesində iştirak etdiyini xüsusi vurğuladı.Qonaqlar bildirdilər ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının Qarabağ Zəfəri bütün Türk dünyasının zəfəridir və bu, Türk dünyasının özünəinamını daha da gücləndirib.
Söhbət zamanı Türk dünyasının bir ailə olduğu və bu çərçivədə əməkdaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsinin və genişləndirilməsinin vacibliyi qeyd edildi.
Axtar
Xəbər xətti
- Ölkə ərazisində yağışlı hava bu tarixədək davam edəcək AÇIQLAMA
- İran-Azərbaycan dostluğu sarsılmazdır – Əliyev
- Sumqayıtda qumbara tapıldı
- Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
- iPhone 16”-nın istehsala başlama tarixi AÇIQLANDI
- Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
- Prezident Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
- İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur
- Ölkədə əhalinin sayı açıqlandı
- 46 yaşlı hüquq məsləhətçisi qəfil öldü
- Bu ölkə Azərbaycanda diplomatik missiya aça bilər
- Bu ərazilər Azərbaycanın nəzarətinə verilir – Elan ediləcək
- Güllələnən baş nazirin son vəziyyəti AÇIQLANDI
- Yaşa görə əmək pensiyası necə təyin olunur?
- Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib
- Kamran Əliyev Göyçayda vətəndaşları qəbul edib
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- Dünyanın ilk qatlana bilən “iPhone”u
- Əli Əsədov İqor Petrişenko ilə görüşdü
- Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub
- Daha bir naməlum şəhidin kimliyi bilindi
- Bu yolda sürət endirildi
- Bakı Naxçıvana quru yol üçün yeni marşrut hazırlayır? – “İrəvana təklif edilir ki…”
- Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
- Prezident general-leytenantı işdən azad etdi
Təqvim
Copyright © 2024 Xəbər AzTv