Son günlər havanın qeyri-sabit keçməsi, yağışların yağmasının kənd təsərrüfatının məhsuldarlığına heç bir ziyanı yoxdur.
Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, yaz yağışının təsərrüfatlara heç bir ciddi ziyanı yoxdur.
“Ola bilsin, ot biçilibsə, müəyyən ot sahələrinə ziyan vursun. Ancaq ümumilikdə heç bir ziyanı yoxdur. Çünki bu yağışlar uzunmüddətli deyil, bir gün yağır, səhəri gün çıxır.Əslində, bu yağış təsərrüfatlara xeyirdir. O zaman ziyan verərdi ki, bu yağışlar bir neçə gün davam etsin. O zaman bitkilərin, o cümlədən, pambığın dibi çürüyə bilərdi. Digər bitkilərin inkişafına mane ola bilərdi. Ancaq indiki halda bu yağışların xeyri var”, – deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, bu yağışlar həm də su ehtiyatının yığılmasıdır.”Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da su çatışmazlığı var, su ehtiyyatları məhduddur. Xüsusilə yay aylarında, yazın axırlarında təsərrüfatlar suvarma suyundan ciddi korluq çəkir. Ancaq bu yağışlar yerin qatında su təbəqəsi yaradır və sözsüz ki, bu, xeyli müddət bitkilərin qidalanmasına kömək edir. Əgər sel, daşqınlar varsa, bunlar təsərrüfatlara ciddi ziyan vura bilər. Ancaq bu cür yağışlar faydalıdır”, – deyə o əlavə edib.
Axtar
Xəbər xətti
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
- Prezident Olimpiya medalçılarını mükafatlandırdı – Məbləğ açıqlandı
- Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi – Siyahı
- Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq
- Prezident Fərman imzaladı – əmək müqavilələri bu qaydada bağlanacaq
- Hava proqnozu: Sabah, avqustun 13-də hava durumu necə olacaq?
- Prezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı
- Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedovu təbrik edib
- Paris-2024-də 4-cü, tarixdə 53-cü MEDALIMIZ
- Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ
- İlham Əliyev Qazaxıstana səfərə gedib
- Azərbaycanda bəzi ixtisaslar ləğv ediləcək
Təqvim
Copyright © 2024 Xəbər AzTv