İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur

bodrum escort bayan

21:21

İranın ali dini lideri Əli Xamneyi: “Ümid edirik ki, qüdrətli Allah hörmətli və izzətli prezidentlə onun yoldaşlarını millətə qaytaracaq”

———-

21:19

Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib: “Aİ İran prezidenti Rəisinin helikopteri ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Biz Aİ-yə üzv dövlətlərlə birlikdə İran prezidentini və xarici işlər nazirini daşıyan helikopterin təcili eniş etmək məcburiyyətində qalması ilə bağlı xəbərləri diqqətlə izləyirik”

———-

21:18

Rəisinin helikopterinin sərt eniş etdiyi ərazidə axtarışlar davam edir

———-

20:45

Taliban XİN İrana dəstəyini ifadə edib və axtarışlarına kömək təklif edib.

———-

20:43

İran hökumətinin sözçüsü Əli Bahaduri Cəhromi deyib: “Hava şəraiti ilə bağlı indiyədək yeni xəbər yoxdur. İndi səbir, dua və yardım qruplarına güvənmək irəliyə doğru yoldur”.

———-

20:41

İraqın baş naziri prezident Rəisinin qəzaya uğramış helikopterinin tapılmasında İrana kömək göstərilməsini əmr edib.

———-

20:39

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın sözçüsü bəyanat yayaraq bildirib ki, sabiq prezidentin adından yayılan paylaşım feykdir və Əhmədinejada heç bir dəxli yoxdur.

———-

20:36

Helikopterin ətrafına düşdüyü kənd Qurdlar adlanır.

———-

20:33

Yaxın bir neçə saat ərzində helikopter qəzası baş verən ərazidə havanın daha da pisləşəcəyi gözlənilir.

Paylaş: