Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək olduğu seçki dairələri bəlli olub.
Günün ikinci yarısı,saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 791 nəfər (77.97%) səsvermədə iştirak edib.
Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verirlər.Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edir.Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutular daşınır.
Axtar
Xəbər xətti
- Ölkə ərazisində yağışlı hava bu tarixədək davam edəcək AÇIQLAMA
- İran-Azərbaycan dostluğu sarsılmazdır – Əliyev
- Sumqayıtda qumbara tapıldı
- Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
- iPhone 16”-nın istehsala başlama tarixi AÇIQLANDI
- Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib
- Prezident Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
- İran Prezidentinin helikopteri qəza etdi: Rəisidən hələ də xəbər yoxdur
- Ölkədə əhalinin sayı açıqlandı
- 46 yaşlı hüquq məsləhətçisi qəfil öldü
- Bu ölkə Azərbaycanda diplomatik missiya aça bilər
- Bu ərazilər Azərbaycanın nəzarətinə verilir – Elan ediləcək
- Güllələnən baş nazirin son vəziyyəti AÇIQLANDI
- Yaşa görə əmək pensiyası necə təyin olunur?
- Heydər Əliyev Fondunun əməkdaşları təltif edilib
- Kamran Əliyev Göyçayda vətəndaşları qəbul edib
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- Dünyanın ilk qatlana bilən “iPhone”u
- Əli Əsədov İqor Petrişenko ilə görüşdü
- Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub
- Daha bir naməlum şəhidin kimliyi bilindi
- Bu yolda sürət endirildi
- Bakı Naxçıvana quru yol üçün yeni marşrut hazırlayır? – “İrəvana təklif edilir ki…”
- Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
- Prezident general-leytenantı işdən azad etdi
Təqvim
Copyright © 2024 Xəbər AzTv