2023-cü ilin yanvar-iyun aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

bodrum escort bayan

2023-cü ilin yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əsasən 215998,1 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz az ümumiməhsul buraxılışı olmuşdur.
Məhsul və xidmətlərin 66,5 faizi istehsal sahələrinin, 33,5 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul və xidmətlərin 26758,0 min manatı və ya 12,4 faizi sənayedə,110855,6 min manatı və ya 51,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda,6048,4 min manatı və ya 2,8 faizi tikintidə, 2497,3 min manatı və ya 1,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1306,1 min manatı və ya 0,6 faizi informasiya və rabitədə, 68532,7 min manatı və ya 31,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal edilmişdir.
Sənaye. 2023-cü ilin yanvar-iyun aylarında sənaye istehsalı indeksi 94,6 faiz təşkil etmişdir.Sənaye məhsulunun 89,2 faizi emal sənayesinin, 10,8faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölmələrinin payına düşür.
Kənd təsərrüfatı. 2023-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 110855,6 min manat təşkil etmişdir ki, onun da 35065,5 min manatı heyvandarlıq, 75790,1 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik. 2023-cü ildə 20314,3 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır.Bu da ötən illə müqayisədə 613,8 hektar və ya 3,1 faiz çoxəkilmişdir. Əkin sahəsinin 13324,5 hektarını dənli və dənli paxlalı bitkilər,191,0 hektarını kartof, 665,3 hektarını tərəvəz, 56,5 hektarını bostan, 6077,0 hektarınıçoxillik otlar təşkil edir.
2023-cü ilin 01 iyul vəziyyətinə 12899,5 hektar taxıl sahəsi biçilmiş və həmin sahədən 34812,5 ton məhsul toplanmışdır.
Mövsümün əvvəlindən sahələrdən 15,0 ton dən üçün qarığıdalı 2841,0 ton kartof, 29874,3 ton tərəvəz, 612,3 ton bostan, 6967,2 ton meyvə və giləmeyvə toplanmışdır. Məhsulların toplanışı davam edir.
Heyvandarlıq. 2023-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 4152,0 ton ət, 11095,0 ton süd,10769,0 min ədəd yumurta, 111,0 ton yun istehsal edilmişdir.
2023-cü il iyulun 1-i vəziyyətinə 37614 baş iribuynuzlu mal-qara, o cümlədən 18743 baş inək və camış, 68146 baş qoyun və keçi mövcud olmuşdur.
Tikinti. 2023-cü ilin yanvar-iyun aylarındaiqtisadivə sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7246,4 min manat vəsait yönəldilmiş, onun 83,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,9, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 2,5 dəfə çox olmuşdur. İstifadə edilən investisiyanın 4516,4 min manatı dövlət mülkiyyətinin, 2730,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Tikinti müəssisələri tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 3526,2 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3960,7min manat və ya 52,9 faiz az olmuşdur.
Pərakəndə ticarət və ödənişli xidmət. 2023-cü ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 214835,9 min manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən 26617,5 min manat və ya 0,6 faiz artmışdır.
2023-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artaraq 45583,7 min manat olmuşdur.
Nəqliyyat, informasiya və rabitə. 2023-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 418,0 min ton yük və 5928,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə29,0 min ton və ya 7,5 faiz yük, 855,0 min və ya 16,9 faiz sərnişin daşınması çox olmuşdur.
2023-cü ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə,müəssisə və təşkilatlarafaktiki qiymətlərlə1306,1min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə313,1 min manat və ya 31,5 faiz çox xidmət göstərilmişdir.
Demoqrafik vəziyyət. 2023-cü il iyul ayının 1-i vəziyyətinə əhalinin sayı 223 nəfər və ya 0,2 faiz artaraq 118070 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 34279 nəfəri (29,0 faizi) şəhər, 83791 nəfəri (71,0 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkiledir.
2023-cü ilin yanvar-iyun ayları ərzində570 doğulan körpə və 368 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 9,7, ölüm səviyyəsi isə 6,3 təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun ayları ərzində Rayon Qeydiyyat Şöbəsi tərəfindən247 nikah və 90 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinənikahların sayı 4,2, boşanmaların sayı 1,5 olmuşdur.
Bu ilin ilk altıayında rayona daimi yaşamaq üçün 38nəfər gələn və 17 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 21 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 iyul 2023-cü il vəziyyətinə iqtisadiyyatda məşğul olanların sayı 52229 nəfər olmaqla rayon əhalisinin 44,2 faizini təşkil edir.
01 iyun 2023-cü il vəziyyətinə məşğul əhalinin 11586 nəfəri muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-may ayları üzrə 565,7 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2023-cü ilin yanvar-iyun aylarında1830 nəfər olmuşdur.

2023-cü il iyul ayının 1-i vəziyyətinə 1-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 15-i isə mövcud müəssisə və təşkilatlarda olmaqla16 yeni iş yeri açılmışdır.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2023-cü ilin iyun ayında 2023-cü ilin may ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaqməhsullarından kartofun, soğanın, pomidorun, badımcanın, şirin bibərin, lobyanın, əriyin, bananın, gilasın, çiyələyin, gavalının, şaftalının, yumurtanın, kərə yağının, buğda ununun, pendirin, qarabaşaq yarmasının qiyməti uçuzlaşmışdır. Eyni zamanda göyərtinin, xiyarın, quş ətinin, uzun düyünün, şəkərin, şəkər tozunun qiyməti bahalaşmışdır.
2023-cü ilin iyun ayında 2022-ci ilin iyun ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından mal ətinin, qoyun ətinin, quş ətinin, kərə yağının, uzun düyünün, pendirin, şəkərin, şəkər tozunun, karamelin, peşenyenin qiyməti bahalaşmışdır. Eyni zamanda buğda unu və qarabaşaq yarmasının qiyməti ucuzlaşmışdır.
Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.

Rəis T.Şirinov

Paylaş: