Mayın 18-22-də Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision-2021” mahnı müsabiqəsinin məhdud sayda kütlənin iştirakı ilə təşkil edilməsi planlaşdırılır.
Xəbəraztv.az xəbər verir ki, bu barədə Niderland Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Niderland hökuməti “Eurovision-2021” mahnı müsabiqəsini məhdud sayda tamaşaçının iştirakı ilə təşkil edərək koronavirusa yoluxma riskini qiymətləndirməyi nəzərdə tutur. Maksimum 3500 tamaşaçının iştirakı ilə 9 konsert planlaşdırılıb. Ancaq tamaşaçıların koronavirus testinin cavabı mənfi olmalıdır.
“Sahə laboratoriyası” kimi qiymətləndirilən bu praktiki sınaq COVID-19 pandemiyasına baxmayaraq, belə böyük tədbirlərin ictimaiyyətin təhlükəsizliyini təmin etmək baxımından necə keçəcəyini öyrənmək məqsədi daşıyır.
Bununla belə, hökumət koronavirusa yoluxma səviyyəsi artdığı təqdirdə, “Eurovision-2021” mahnı müsabiqəsini tamaşaçıların iştirakı olmadan keçirilməsinə dair qərar qəbul edə bilər. Qarşıdan gələn həftələrdə daha ətraflı məlumat veriləcək.
Xatırladaq ki, hər il milyonlarla tamaşaçını bir araya gətirən “Eurovision” mahnı müsabiqəsi 2020-ci ildə pandemiyaya görə tarixdə ilk dəfə təxirə salındı.
Axtar
Xəbər xətti
- Kamran Əliyev Göyçayda vətəndaşları qəbul edib
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM
- Dünyanın ilk qatlana bilən “iPhone”u
- Əli Əsədov İqor Petrişenko ilə görüşdü
- Qeyri-sabit hava kənd təsərrüfatına ziyan vurub
- Daha bir naməlum şəhidin kimliyi bilindi
- Bu yolda sürət endirildi
- Bakı Naxçıvana quru yol üçün yeni marşrut hazırlayır? – “İrəvana təklif edilir ki…”
- Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
- Prezident general-leytenantı işdən azad etdi
- Əməkhaqqı ilə bağlı QƏRAR: İyulun 1-dən…
- Dəhlizlə bağlı son yenilik: Mövqelər yaxınlaşdı…
- Həftənin ilk iş gününün HAVASI
- Ukrayna Ordusu Belqorodda yaşayış binasını vurdu – onlarla yaralı var
- Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Hava kəskin soyudu: Bakıya qar yağır
- Ehtiyatlı şəkildə deyirəm ki, həmkarım Bayramovla… – Mirzoyan
- Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
- Azərbaycan Ordusunun “EFES – 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb
- Tərtərdə məktəbin qarşısında dəhşət – bir yumruqla şagirdi öldürdü – YENİLƏNİB – FOTO
- İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
- 2024-cü ilin yanvar-mart aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
- Gəncədə məktəbli bıçaqlandı
- Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq
Təqvim
Copyright © 2024 Xəbər AzTv