2024-cü ilin yanvar-mart aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

bodrum escort bayan

2024-cü ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 86312,9 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə30,3 faiz çox ümumi məhsul buraxılışı olmuşdur.
Məhsul və xidmətlərin 59,9 faizi istehsal sahələrinin, 40,1 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul və xidmətlərin 16,6 faizi sənaye, 38,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,1,3 faizi nəqliyyat və anbar təsərrüfatı,21,5 faizi tikinti, 21,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,6 faizi informasiya və rabitəsahələrində istehsal edilmişdir.
Sənaye. 2024-cü ilin yanvar-mart aylarında sənaye istehsalı indeksi 119,4 faiz təşkil etmişdir.Sənaye məhsulunun 89,3 faizi emal sənayesinin, 10,5faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və 0,2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Tikinti.2024-cü ilin yanvar-mart aylarındarayonun iqtisadivə sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9487,6 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox investisiya yönəldilmişdir. Sərmayə qoyuluşunun9462,7 min manatı və ya 99,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş sərmayənin həcmi 12,2 dəfə artmışdır.
Kənd təsərrüfatı.2024-cü ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 18830,2 min manat təşkil etmişdir ki, onun da 18760,6 min manatı heyvandarlıq, 69,6 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik.2024-cü ilin yanvar-mart aylarında1299,3 hektar sahədə və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz çox yazlıq bitkilərin əkini aparılmışdır. Bu dövrdə179,5 hektar sahədə kartof, 435,8 hektar sahədə tərəvəz, 684,0 hektar sahədəçoxillik otlar əkilmişdir.
Heyvandarlıq.2024-cü ilin yanvar-mart aylarında, quş əti də daxil olmaqla, diri çəkidə 2052,0 ton ət, 5129,0 ton süd,4931,0 min ədəd yumurta istehsal edilmişdir.
2024-cü il aprelin 1-i vəziyyətinə rayon üzrə 36280 baş iribuynuzlu mal-qara, o cümlədən 18440 baş inək və camış, 67330 baş qoyun və keçi mövcud olmuşdur.
Nəqliyyat, informasiya və rabitə.2024-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 233,0 min ton yük və 2875,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,0 min ton və ya 6,4 faiz yük, 174,0 min və ya 6,4 faiz sərnişin daşınması çox olmuşdur.
2024-cü ilin yanvar-mart aylarında informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə,müəssisə və təşkilatlarafaktiki qiymətlərlə509,1min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü iləmüqayisədə74,6 min manat və ya 12,8faiz az xidmət göstərilmişdir.
Pərakəndə ticarət və ödənişli xidmət.2024-cü ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 103019,9 min manat olmaqla, 2023-cü ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 772,6 min manat və ya 0,3 faiz artmışdır.
2024-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə5,9 faiz artaraq 21700,4 min manat olmuşdur.
Kənd təsərrüfatı və qida məhsullarının qiymətləri.2024-cü ilin mart ayında 2024-cü ilin fevral ayı ilə müqayisədə kənd təsərrüfatı və qida məhsullarından soğanın, kələmin, pomidorun, sarımsağın, badımcanın, şirin bibərin, bananın, üzümün, narın, heyvanın, naringinin, qoyun ətinin, üzün düyünün, şəkər tozunun qiyməti bahalaşmışdır. Eyni zamanda kartofun, xiyarın, yumurtanın, buğda ununun, pendirin qiyməti ucuzlaşmışdır.
2024-cü ilin mart ayında 2023-cü ilin mart ayı ilə müqayisədə kənd təsərrüfatı və qida məhsullarından xiyarın, kökün, süfrə çuğundurunun, qoyun ətinin, uzun düyünün, şəkərin, peçenyenin qiyməti bahalaşmışdır. Eyni zamanda kartofun, soğanın, pomidorun, naringinin, mal ətinin, quş ətinin, kərə yağının, buğda ununun, pendirin, qarabaşaq yarmasının, manna yarmasının, karamelin qiyməti ucuzlaşmışdır.
Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.
Əməkhaqqı.01 aprel 2024-cü il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 53275 nəfər olmaqla rayon əhalisinin 44,9 faizini təşkil edir.
01 mart 2024-cü il vəziyyətinə məşğul əhalinin 11523 nəfəri muzdla işləyənlər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-fevral ayları üzrə 589,2 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2024-cü ilin yanvar-mart ayları üzrə978 nəfər olmuşdur.
2024-cü il aprel ayının 1-i vəziyyətinə 75 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərindən 2-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 73-ü isə mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Demoqrafik vəziyyət.Rayon əhalisinin sayı ilin əvvəlindən 47 nəfər artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 118614 nəfər təşkil etmişdir. Əhalinin ümumi sayının28,9 faizini şəhər, 71,1 faizini kənd sakinləri, 50,1faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat Şöbəsi tərəfindən235 doğulan körpə qeydə alınmışvə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 8,0-a düşmüşdür.
Bu ilin ilk üç ayında rayonda 193 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,0-dan 6,6-ya düşmüşdür.
2024-cü ilin yanvar-mart aylarında rayonda 111 nikah və 36 boşanma halları qeydə alınmış vəötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq4,8 -dən 3,8-ə , boşanmaların sayı isə 1,7-dən 1,2-yə düşmüşdür.
2024-cü ilin yanvar-mart aylarında rayona daimi yaşamaq üçün 9nəfər gələn və 4 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 5 nəfər təşkil etmişdir.

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

2024-cü ilin yanvar-mart ayları,faktiki
2024-cü ilin yanvar-mart ayları
2023-cü ilin yanvar-mart aylarına
nisbətən, faizlə
Ümumi məhsul buraxılışı, min manat 86 312,9 130,3
Sənaye məhsulu, min manat 14 326,1 119,4
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat 9 487,6 6,8 d.
Kənd təsərrüfatı məhsulu, min manat 18 830,2 103,7
Nəqliyyatsektorundayükdaşınması, minton 233,0 106,4
Nəqliyyatsektorundasərnişindaşınması, minsərnişin 2 875,0 106,4
İnformasiya və rabitə xidmətləri, min manat 509,1 87,2
Pərakəndə ticarətdövriyyəsi, minmanat 103 019,9 100,3
Əhaliyə göstərilən ödənişlixidmətlər, minmanat 21 700,4 105,9
Orta aylıq nominal əməkhaqqı, manat 589,2 110,9

Göyçay Rayon Statistika
İdarəsinin rəisi Teymur Şirinov

Paylaş: