Azərbaycanlı gənc velosipedçi Dünya yığmasına çağırıldı

bodrum escort bayan

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında əldə olunan razılığa əsasən İsveçrənin Eql şəhərində yerləşən Dünya Velosiped Mərkəzinə (WCC – World Cycling Centre) yollanan şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü, İdman ustası Ayan Xankişiyeva ilin sonunadək Mərkəzin velosiped komandasının heyətində çıxış edəcək.
Müvafiq yoxlamalardan uğurla keçən idmançımızla artıq peşəkar müqavilə də imzalanıb.

Martın 8-dən etibarən İsveçrədə olan velosipedçimiz burada hazırlıq prosesləri ilə yanaşı, Dünya Velosiped Mərkəzinin komandasının heyətində beynəlxalq yarışlara da qatılacaq.
Qeyd edək ki, Ayan Xankişiyevanın dünya və Avropa çempionatlarından başqa, bu ilin sentyabrında Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında da iştirakı nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.

Paylaş: