Azərbaycan və Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənəd hazırlanır

bodrum escort bayan

Azərbaycan və Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya müzakirə edilib.

Dövlət Vergi Xidmətindən Xəbəraztv.az-a verilən məlumata görə, hazırda qüvvədə olan sazişlərdən biri – Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında 2005-ci il mayın 30-da mübadilə edilmiş və Azərbaycanın 01 aprel 2008-ci il tarixli qanunu ilə təsdiq edilmiş notalara müvafiq olaraq Yaponiya ilə SSRİ arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyadır, hansı ki, Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərdə tətbiq edilir.

Ölkələr arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.

Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib.

Paylaş: