2024-cü ilin yanvar-sentyabr aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 394035,3 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox ümumi məhsul buraxılışı olmuşdur.
Məhsul və xidmətlərin 70,7 faizi istehsal sahələrinin, 29,3 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul buraxılışının 48935,6 min manatı və ya 12,4 faizi sənaye, 179891,7 min manatı (45,7 faizi) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 49736,1 min manatı (12,6 faizi) tikinti, 3877,6 min manatı (1,0 faizi) nəqliyyat və anbar təsərrüfatı, 1775,6 min manatı (0,4 faizi) informasiya və rabitə, 109818,7 min manatı (27,9 faizi) ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin payına düşür.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi sənaye üzrə 113,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 94,4 faiz, tikinti üzrə 7,5 dəfə çox, nəqliyyat və anbar təsərrüfatı üzrə 105,1 faiz, informasiya və rabitə üzrə 91,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə isə 100,3 faiz təşkil etmişdir.
Sənaye. 2024-cü ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 48935,6 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 0,3 faizi mədənçıxarma sektorunda, 91,7 faizi emal sektorunda, 7,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Tikinti. 2024-cü ilin yanvar-sentyabr aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20689,4 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 52,3 faiz az investisiya yönəldilmişdir. Sərmayə qoyuluşunun 20625,6 min manatı və ya 99,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Kənd təsərrüfatı. 2024-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 179891,7 min manat təşkil etmişdir ki, onun da 122482,4 min manatı bitkiçilik, 57409,3 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.
Bitkiçilik. Kənd təsərrüfatı məhsullarının yığımı davam edir və oktyabr ayının 1-nə kimi tarlalardan, qarğıdalı da daxil olmaqla, 33056,9 ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1 faiz az dənli və dənli paxlalı bitkilər, 48735,5 ton (13,6 faiz az) tərəvəz, 2914,4 ton (3,6 faiz az) kartof, 1563,5 ton (31,3 faiz çox) bostan məhsulları, 53063,5 ton (1,0 faiz az) meyvə və giləmeyvə, 504,5 ton (12,1 faiz az) üzüm və əlavə olaraq 1,0 ton dən üçün günəbaxan yığılmışdır.
Heyvandarlıq. 2024-cü ilin yanvar-sentyabr aylarında, quş əti də daxil olmaqla, diri çəkidə 6543,2 ton ət, 16222,3 ton süd, 16704,0 min ədəd yumurta, 134,7 ton yun, 2,4 ton barama istehsal olunmuşdur. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,0 faiz, barama istehsalı 53,8 faiz azalmış, süd istehsalı 0,3 faiz, yumurta istehsalı 3,0 faiz, yun istehsalı 8,0 faiz artmışdır.
2024-cü il oktyabrın 1-i vəziyyətinə rayon üzrə 36062 baş iribuynuzlu mal-qara, o cümlədən 18340 baş inək və camış, 65840 baş qoyun və keçi mövcud olmuşdur.
Nəqliyyat, informasiya və rabitə. 2024-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 543,0 min ton yük və 9087,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,0 min ton və ya 7,5 faiz çox yük daşınması, 603,0 min və ya 7,1 faiz çox sərnişin daşınması olmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara 1775,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 159,7 min manat və ya 8,6 faiz az xidmət göstərilmişdir.
Pərakəndə ticarət və ödənişli xidmət. 2024-cü ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə pərakəndə ticarət şəbəkələrindən satılmış məhsulların dəyəri 343183,4 min manat olmaqla, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4028,1 min manat və ya 0,3 faiz artmışdır.
2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,4 faiz artaraq 74485,6 min manat olmuşdur.
Qiymət indeksləri. 2024-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 100,3 faiz, qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi 99,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə 102,2 faiz təşkil etmişdir.
Əməkhaqqı. 01 oktyabr 2024-cü il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 53558 nəfər olmaqla rayon əhalisinin 45,1 faizini təşkil edir.
01 sentyabr 2024-cü il vəziyyətinə məşğul əhalinin 11619 nəfəri muzdla işləyənlər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar-avqust ayları üzrə 599,0 manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2024-cü ilin yanvar-sentyabr ayları üzrə 2337 nəfər olmuşdur.
2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 87 yeni iş yeri açılmışdır. Açılmış iş yerlərindən 2-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 85-i isə mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Demoqrafik vəziyyət. İlin əvvəlindən rayon əhalisinin sayı 307 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 118874 nəfərə çatmışdir. Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 28,9 faiz, kənd əhalisinin xüsusi çəkisi 71,1 faiz, kişilərin xüsusi çəkisi 50,1 faiz, qadınların xüsusi çəkisi isə 49,9 faiz olmuşdur.
Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat Şöbəsi tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında rayonda 885 doğulan körpə və 573 ölüm halları qeydə alınmışdır.
Bu ilin yanvar-sentyabr ayları ərzində 387 nikah və 163 boşanma halları qeydə alınmışdır.
2024-cü ilin yanvar-sentyabr aylarında rayona daimi yaşamaq üçün 45 nəfər gələn və 50 nəfər rayondan gedən qeydə alınmış və miqrasiya saldosu mənfi 5 nəfər təşkil etmişdir.
Axtar
Xəbər xətti
- 2024-cü ilin yanvar-sentyabr aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
- Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ!
- Kimləri işdən çıxarmaq olmaz?
- Vilayət Eyvazov bu avtomobillərlə bağlı göstəriş verdi
- Noyabrda bu tarixlərdə iş olmayacaq
- NATO-nun Ukrayna münaqişəsində iştirakını fəlakət adlandırdı
- Şahdağ və Zaqatalaya qar yağdı
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
Təqvim
Copyright © 2024 Xəbər AzTv