Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

bodrum escort bayan

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

“Xəbəraztv”-nin məlumatına görə, məktubda deyilir:

“Terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik”.

Baş nazir faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.

Paylaş: