Şəhid Xəyalın ad günü məzarı başında qeyd olundu

bodrum escort bayan

Bu gün Şəhid Məmmədov Xəyal Arif oğlunun ad günüdür. Yaşasaydı,ailəsi, doğmaları ilə birlikdə 32 yaşını qeyd edəcəkdi. Amma ilk dəfədir ki, ailəsi doğum gününü onsuz keçirdi. Çünki Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Xəyal Məmmədovdur.

13 fevral 1989 cu ildə Xəyal Məmmədov əslən İsmayıllı rayonunun Qubaxəlili kəndində anadan olub. Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alıb. Zəhmətkeşliyi və bacarığı ilə digər həmyaşıdlarından seçilən Xəyal hələ uşaqlıqdan hərbi xidmətə böyük maraq göstərib. Bu da onun erkən yaşlarından vətənpərvər ruhda böyüməsindən irəli gəlib. Həqiqi hərbi xidməti uğrla başa vurub. 21 sentyabr 2020 ci ildə Ali Baş komandan İlham Əliyevin qismən səfərbərlik elan etməsinə səs verən gənc könülülər kimi X. Məmmədovda cəbhəyə yollanıb.

Vətən müharibəsi başlayanda təcrübəli əsgər kimi döyüş meydanına atılan Xəyal qısa müddət ərzində düşmənin qorxulu kabusuna çevrilən qəhrəmanlarımızdan biri kimi tanınıb.

İşğal altındakı torpaqlarının azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan Xəyal düşmənin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib. O, bir sıra ağır əməliyyatlarda dəfələrlə şəxsi şücaətləri ilə seçilib. Buna görə də əsgər yoldaşları arasında böyük hörmət qazanıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Xəyal Məmmədov oktyabrın 3-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Şəhidimiz Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.

Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, icra aparatının məsul şəxsləri, ağsaqqallar, dindarlar, kənd icra nümayəndəliyi, bələdiyyə, sakinlər, şəhidin ailə üzvləri və yaxınları bu gün şəhidin məzarını ziyarət edib, qəbri önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Qəhrəman şəhidimizin yaxınları onun haqqında xatirələrini bölüşüb.

Allah rəhmət eləsin!

Paylaş: