Göyçay rayonunun İnçə kəndində “İnçə oğulları” xeyriyyə cəmiyyəti tərəfindən görülən işlər

bodrum escort bayan

Xeyriyyəçilik. Xeyriyyəçilik missiyası muasir dövrdə də aktual mövzu kimi qalmaqdadır. Bu cür ənənələrlə ata-babalarımız daima mərhəmət, yardım, köməyə ehtiyacı olanlara əl tutmaq kimi anlayışları uca tutaraq əməl etmişlər. Göyçay rayon İnçə kəndində bu günki gündə bu ənənə qalmaqdadır. Kənd sakinlərin təşəbbüsü ilə yaradılmış “İnçə oğulları” xeyriyyə cəmiyyəti tərəfindən kəndin abadlaşdırılması və kənd sakinlərinin rifah vəziyyətini yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir. Cəmiyyət tərəfindən kəndin ara küçə yollarına xırda daş döşənmiş, kənd qəbiristanlığı ətrafında aparılan təmir-bərpa işləri, kəndin xeyriyyəçilik ənənələrindən xəbər verir. Kənddə gedən quruculuq-abadlıq işlərinə xeyriyyəçilik vasitəsi ilə həm mənəvi həmdə maddi dayaq, kömək olmaq ideyası kənd sakinləri tərəfindən bəyənilərək alqışlanıb. Bu gündən sonra da kəndə xeyriyyəçi işlərlə mütəmadi olaraq çalışacaq komanda insanlara ürək xoşluğu, insanlıq nümunəsi göstərmiş olacaqlar.

Xəbərin müəllifi: Rəşid Rüstəmov


Paylaş: