Koronavirusdan dünyasını dəyişənlər “şəhid” statusu almalıdır.
Bu barədə Misir “Əl-Əhzər” qurumunun fətvasında deyilir.
“COVİD-19-dan dünyasını dəyişənlər “axirət şəhidi” statusundadır. “Şəhid”lər beş qismdədir: Yoluxucu xəstəliyə tutulan, ishal olan, suda boğulan, uçqun altında qalan və Allah yolunda döyüşərkən şəhid olan”, – deyə bildirilib.