Paris-2024-də 4-cü, tarixdə 53-cü MEDALIMIZ

bodrum escort bayan

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 4-cü medalını qazanıb.
Bu uğura yunan-Roma güləşçisi Həsrət Cəfərov imza atıb.Pəhləvanımız 67 kq çəkidə 3-cü olub. O, Azərbaycan yığmasının Fransa paytaxtındakı ilk bürüncünün sahibi olub.Millimizin hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. Həsrətə qədər cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş medal əldə edib. Finala yüksələn boksçu Alfonso Dominqesin (92 kq) hansı əyarlı mükafat qazanacağı sabah dəqiqləşəcək. Azərbaycan millisinin Olimpiadalardakı ümumi medal sayı 53-ə çatıb. Bunlardan 9-u qızıl, 15-i gümüş, 29-u bürüncdür.Bu, güləşçilərimizin Parisdə ilk uğurudur. Ümumilikdə pəhləvanlarımız 26-cı Olimpiya medalını əldə edib. Güləşdə 4 qızıl, 8 gümüş və 14 bürünc qazanılıb.Yunan-Roma güləşində isə 8-ci mükafat əldə olunub. 1 qızıl və 2 gümüşü olan “klassiklərimiz” 5-ci bürüncə sahib çıxıb.Qeyd edək ki, güləşçilərimiz Atlanta-1996-dan başlayaraq bütün Olimpiadalarda medal qazanıb. Yunan-Roma güləşində isə ən azı bir medal ənənəsi Afina-2004-dən başlayıb.

Paylaş: