Milli-mənəvi dəyərləri özündə əks etdirən Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, iyunun 16-17-də qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək.Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində Agentlik tərəfindən monitorinqlər keçirilir. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (www.afsa.gov.az) yerləşdiriləcək və siyahı geniş ictimaiyyətə açıqlanacaq. Həmin ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınmaqla bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur. Kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə müvafiq satış şəbəkələrində həyata keçiriləcək.
Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğuranda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşanda vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Axtar
Xəbər xətti
- Ağadadaş Ağayevə cinayət işi açıldı
- ““Qarabağ”ı yaxşı tanıyırıq” – “Linkoln”un futbolçusu
- AQTA 113 aptekdə nöqsanlar aşkarladı
- Ölkədə iyulun 24-dən hava şəraiti dəyişir.
- Dövlət Qulluğu ilə bağlı dəyişiklik edildi – FƏRMAN
- Zelenski tarix verdi: “Bunu etsək, müharibə bitəcək”
- Kamran Əliyevin yerinə təyinat
- XƏBƏRDARLIQ! İyulun 26-dan avqustun 5-nə kimi vaxtınız var
- “Aİ-92” markalı benzinin sərfiyyatı artıb? – Rəsmi açıqlama
- Gürcüstanda yaşa görə pensiyanın məbləği artdı
- Prezident bu şəxsə “Xalq artisti” adını verdi – SƏRƏNCAM
- İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb
- Azərbaycan ordusunun mövqeləri Kəlbəcər istiqamətindən atəşə tutulub
- Azərbaycan Mətbuatı 149 yaşını qeyd edir
- Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edib
- Ağsu şəhər 3 saylı tam orta məktəbdə məzunlara attestatlar verilib
- Paris-2024 Paris-2024: Rekordlarla Olimpiadaya doğru
- Çimərliyə gedənlərin NƏZƏRİNƏ! – Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
- Zəhərlənmələrin əksəriyyəti bu məhsullardan olur
- İlham Əliyev Oksfordda rəsmi ziyafətdə iştirak edib
- İlham Əliyev Petr Fiala ilə görüşüb
- İlham Əliyev Aleksandr Stubb ilə görüşüb
- İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edib
- Şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik
- YAP namizədlərinin siyahısını açıqladı – TAM SİYAHI
Təqvim
Copyright © 2024 Xəbər AzTv