“Qarabağ” Azərbaycan Kubokunun qalibi oldu

bodrum escort bayan

Azərbaycan kubokunun final oyunu keçirilib.

2023/24 mövsümünün son matçı “Liv Bona Dea Arena”da baş tutub.

Premyer Liqanın iki ən yaxşı komandası titul uğrunda mübarizə aparıb. 3 qolun vurulduğu oyunda “Qarabağ” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

8-ci dəfə kuboku başı üzərinə qaldıran “Qarabağ” həm də “Qızıl dubl”a imza atıb. “Zirə” isə 3 il əvvəlki finalın revanşını ala bilməyib.Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasında hesab bərabərləşib.
“Liv Bona Dea Arena”da keçirilən matçın 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqibi cəzalandırıb. Ağdam təmsilçisinin qolunu isə birinci hissənin 42-ci dəqiqəsində Olavio Juninyo vurub.

Matçda ikinci hissə davam edir

Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər bəlli olub.
Komandalar meydana aşağıda qeyd olunan “11-lik”də çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

Qeyd edək ki, görüş 20:00-da start götürüb.

Olavio Juninyo 42-ci dəqiqədə fərqlənib.

İlk hissə başa çatdı- “Qarabağ”-1: “Zirə”-0

Paylaş: