Prezident İlham Əliyev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib. Edilən dəyişikliyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş vətəndaşlar, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş və ya qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməyəcəklər.Bundan başqa, vergi orqanlarının vəzifəli şəxsi staj müddəti dövründə peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqda və staj müddəti başa çatdıqdan sonra onun barəsində müsbət rəy verildikdə sınaq müddəti müəyyən edilmədən, habelə barəsində sınaq müddəti müəyyən edilmiş vəzifəli şəxs sınaq müddəti başa çatdıqdan sonra sınağın nəticəsi qaneedici olduqda, ilkin xüsusi rütbə verilməklə vergi orqanlarında daimi xidmətə qəbul edilir. Staj müddəti başa çatdıqda stajın nəticəsi, sınaq müddəti başa çatdıqda isə sınağın nəticəsi qaneedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.
Axtar
Xəbər xətti
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
- Prezident Olimpiya medalçılarını mükafatlandırdı – Məbləğ açıqlandı
- Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi – Siyahı
- Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq
- Prezident Fərman imzaladı – əmək müqavilələri bu qaydada bağlanacaq
- Hava proqnozu: Sabah, avqustun 13-də hava durumu necə olacaq?
- Prezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı
Təqvim
Copyright © 2024 Xəbər AzTv