İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işlərinin geniş miqyas alması həmin bölgədə məşğulluq imkanlarını da artırıb. Bir çox vətəndaşlarımızı işğaldan azad olunan ərazilərimizdəki iş imkanları maraqlandırır.
Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə hansı peşə sahiblərinə daha çox ehtiyac var? – sualı ilə Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.Agentlikdən bildirilib ki, hazırda Laçın rayonu, Zəngilan rayonunun Ağalı kəndi, Füzuli şəhəri, Cəbrayıl rayonu, Şuşa şəhəri, Xankəndi əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur.
Bu iş imkanlarından yararlanmaq istəyən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin elektron xidməti olan “Əmək və məşğulluq” altsistemində yaradılan vakansiya bankına daxil ola, orada yerləşdirilən boş iş yerləri arasındakı işğaldan azad olunan ərazilər üzrə olan vakansiyalarla tanış ola və seçim edə bilərlər.”Hazırda həmin ərazilərdə tikinti, bərpa, yenidənqurma işləri aparıldığı üçün məskunlaşma imkanları üçün təqdim edilən vakansiyalar əsasən mühəndis, usta, fəhlə, elektrik, kassir, satıcı, operator, ictimai iaşə və xidmət sahələrini əhatə edir.
Vakansiyalar üzrə tələblər və əməkhaqqı isə işəgötürən tərəfindən tənzimlənir və bu, vəzifəyə görə dəyişir.Təhlillərə əsasən, vakansiyalar köç prosesinin həyata keçirildiyi və köçün planlaşdırıldığı əraziləri əhatə edir.Həmçinin qeyd edək ki, işğaldan azad olunan ərazilərə gedərək orada çalışmaq istəyən şəxslər üçün agentlik tərəfindən də dəstək mexanizmi qurulub. Belə ki, agentliyin rəsmi saytında “Qarabağda iş imkanları” bölməsi yaradılıb və işəgötürənlər tərəfindən quruma təqdim edilən vakansiyalar barədə məlumatlar yer alıb.Burada vakansiyanı təqdim edən şirkət, vakansiya tələbləri, iş rejimi, əməkhaqqı və digər məlumatlarla ətraflı tanış olmaq mümkündür.Namizədlərin öz CV-lərini yönləndirə bilmələri üçün elektron mail ünvanı da yaradılıb və həmin bölmədə qeyd edilib. Vakansiyaya müraciət etmək istəyən şəxslər həmin elektron poçt ünvanına öz məlumatlarını yollaya bilərlər.Bundan başqa işğaldan azad olunan ərazilərdə çalışmaq istəyən vətəndaşlar agentliyin regional məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilirlər. Bu zaman müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndirilərək onların uyğunluğu müəyyən edilir və göndərişlər formalaşdırılır”, – deyə məlumatda vurğulanır.Qeyd edək ki, bu günlərdə mətbuata açıqlama verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bildirmişdi ki, bir çox fəaliyyət sahələri var ki, həmin vakansiyalar üzrə əmək fəaliyyətinə cəlb olunacaq şəxslər asanlıqla tapılmır.
Axtar
Xəbər xətti
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
- Prezident Olimpiya medalçılarını mükafatlandırdı – Məbləğ açıqlandı
- Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi – Siyahı
- Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq
- Prezident Fərman imzaladı – əmək müqavilələri bu qaydada bağlanacaq
- Hava proqnozu: Sabah, avqustun 13-də hava durumu necə olacaq?
- Prezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı
- Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedovu təbrik edib
- Paris-2024-də 4-cü, tarixdə 53-cü MEDALIMIZ
- Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ
- İlham Əliyev Qazaxıstana səfərə gedib
- Azərbaycanda bəzi ixtisaslar ləğv ediləcək
Təqvim
Copyright © 2024 Xəbər AzTv