Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, bağlı qalan quru sərhədləri bir aylıq müddətinə açıla bilər.Yayılan xəbərlərdə deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hazırda bu məsələni müzakirə edir. Həmin müzakirələrdə bir aylıq quru sərhədlərin açılması müddəti xüsusi diqqət mərkəzindədir. Məlumatlara görə, əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərin açılması nəzərədə tutulur.Mənbələr oktyabrın 1-dən isə quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər.Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: “Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Bizdə quru sərhədlərin bağlı olması pandemiya ilə əlaqəlidir. Ona görə də düşünürəm ki, indidən hazırlıq işlərinin görülməsinə ehtiyac var ki, sentyabr-oktyabr aylarından bu məsələ öz həllini tapsın. Bu turizmin canlanmasına səbəb olacaq. Pandemiyadan əvvəl Azərbaycanda turizm baxımından rekord rəqəmlər qeydə alınmışdı. Sərhədyanı ticarətin canlanması üçün də quru sərhədlərin açılması çox vacibdir. Bu həm də ölkənin daxilində rahatlıq yaradacaq”.
Ekspert bildirir ki, bəzi rəsmilərin açıqlamalarına görə, təhlükəsizlik məsələləri səbəbindən sərhədlərin bağlı qaldığı söylənilir və bu gərginlik yaradır:
“İnsanlar düşünür ki, Azərbaycan nə təhlükələr var ki, quru sərhədləri bağlı saxlanılır? Azərbaycan elə bölgədə yerləşir ki, həmişə təhlükələr olacaq. Bu o demək deyil ki, quru sərhədlərini həmişə bağlı saxlamaq lazımdır. Azərbaycan ordusu, hüquq- mühafizə, xüsusi xidmət orqanları çox güclü olan ölkədir. Açıq sərhəd rejimində də Azərbaycan öz təhlükəsizliyini çox yüksək səviyyədə, tam təmin etməyə qadir ölkədir”Ekspertin sözlərinə görə, bu baxımdan payız aylarından, elə sentyabrdan quru sərhədlərin açılması çox yaxşı olardı: “Həm də ona görə ki, Azərbaycan COP29-a ev sahibliyi edir. Çox sayda qonağın gəlməsi gözlənilir. Hətta, veloyürüş də təşkil olunacaq. Yüzlərlə velosipedçi başqa ölkələrdən quru sərhəd yolu ilə Azərbaycana gəlib COP29-a dəstək vermək istəyir.
Axtar
Xəbər xətti
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
- Prezident Olimpiya medalçılarını mükafatlandırdı – Məbləğ açıqlandı
- Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi – Siyahı
- Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq
- Prezident Fərman imzaladı – əmək müqavilələri bu qaydada bağlanacaq
- Hava proqnozu: Sabah, avqustun 13-də hava durumu necə olacaq?
- Prezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı
Təqvim
Copyright © 2024 Xəbər AzTv