İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub.Telefon danışığı əsnasında dövlətlərimiz arasında tarixi dostluq, qonşuluq və xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.Söhbət zamanı Prezident İlham Əliyev ilə İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrimizin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz onların icrası istiqamətində İran İslam Respublikası ilə birlikdə fəaliyyətini davam etdirəcək.
Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə bağlı İran dövlətinə və xalqına bir daha başsağlığı verib.Başsağlığına görə təşəkkürünü bildirən Məhəmməd Moxber də öz növbəsində İran tərəfindən Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmaların ölkələrimizin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini qeyd edib.
Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.
Axtar
Xəbər xətti
- Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ!
- Kimləri işdən çıxarmaq olmaz?
- Vilayət Eyvazov bu avtomobillərlə bağlı göstəriş verdi
- Noyabrda bu tarixlərdə iş olmayacaq
- NATO-nun Ukrayna münaqişəsində iştirakını fəlakət adlandırdı
- Şahdağ və Zaqatalaya qar yağdı
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
Təqvim
Copyright © 2024 Xəbər AzTv