Paşinyandan Rusiyaya zərbə: Zelenskinin əvəzinə İrəvana o çağırıldı

bodrum escort bayan

Kiyev meri Vitali Kliçko Ermənistana dəvət olunub.Bu barədə məlumat Ermənistanın Nor-Nork rayon administrasiyasının Feysbuk səhifəsində yer alıb.Məlumata görə, Kliçkoya dəvət məktubunu bu rayon administrasiyasının rəhbəri Ukraynaya səfəri zamanı verib. Dəvətin İrəvan meri Tiqran Avinyanın adından yazıldığı bildirilib.Qeyd edək ki, Kliçko Rusiyaya qarşı kəskin baxışları ilə seçilən siyasətçilərdəndir. Volodimir Zelenskinin hakimiyyətə gəlməsindən sonra siyasətdə populyarlaşan Kliçko uzun müddətdir mer vəzifəsini icra edir.Ermənistan rəsmiləri son bir neçə ayda Ukrayna ilə əlaqələri genişləndirməyə başlayıblar. Buna şəraiti həm də Rusiya ilə pozulan münasibətlər yaradıb. Cari ilin əvvəlində Ermənistanın hökumətyönlü media orqanları Ukrayna Prezidenti Volodimir Zelenskinin apreldə İrəvanı ziyarət edəcəyi barədə məlumat yaysa da, sonradan rəsmi Kiyev bu iddiaları təkzib edib.

Paylaş: