Paşinyan: Azərbaycanla tezliklə sülh sazişi imzalana bilər

bodrum escort bayan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanması barədə danışıb.
“Hər gün sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir. Söhbət ondan gedir ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, bunlara nail olunacaqlar. Daha doğrusu, bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, daha sonra Brüsseldə əldə olunub. Sazişin əsas prinsipləri razılaşdırılıb, yalnız onu sülh müqaviləsinin mətninə köçürmək qalır; İnanıram ki, bizim bu işi tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi daha sonra müzakirə olunacaq başqa bir məsələdir.”

Paylaş: