Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tarifləri Tarif Şurası müəyyən edəcək.Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Bu, Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlər “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində qeyd edilib.Azərbaycanda Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb.
Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb. Agentliyin rəhbərlik etdiyi “Su şəbəkələrinə qoşulma” işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə son iki il ərzində intensiv və səmərəli fəaliyyəti nəticəsində müvafiq Yol Xəritəsi uğurla icra olunub, yeni iqtisadi təşəbbüslərin hazırlanması, xüsusilə qanunvericiliyinin daha da təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində kompleks təkliflərin aidiyyəti üzrə təqdim olunması təmin olunub.
Agentlikdə su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sistemi yaradılıb. Eyni zamanda su şəbəkəsinə qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların hazırlanaraq qəbulu və tətbiqi, yeni elektron xidmətin formallaşdırılması, məlumatların əlçatanlığının təmin olunması, müasir idarəetmə əsasında aidiyyəti dövlət qurumları ilə inteqrasiya qurulub.
Axtar
Xəbər xətti
- Bu məntəqələrdə seçkinin nəticələri ləğv OLUNDU
- Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq
- Baş Dövlət Yol Polisi idarəsi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib
- Rəsmi Bakıdan Paşinyanın son bəyanatlarına münasibət
- Azərbaycanda “sükut günü”dür
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi təbrik etdi – FOTO
- Nikahın qeydə alınması haqqında
- Həftənin ilk iş günündə yağış yağacaq, şimşək çaxacağı gözlənilir- XƏBƏRDARLIQ
- Növbəti 5 il ərzində imtahanlar rəqəmsallaşacaq.
- Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb
- Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib
- Bolqarıstanın “Ludoqorets” kollektivini 7:2 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb.
- Avqustun 15-dən Azərbaycanda aylıq internet paketlərinin qiymətləri artırılır.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib
- İstefa verən MSK sədrinin yerinə yeni üzv SEÇİLƏCƏK
- Toy etmək istəyənlərə PİS XƏBƏR – Sentyabr və oktyabrda…
- Prezident Olimpiya medalçılarını mükafatlandırdı – Məbləğ açıqlandı
- Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edildi – Siyahı
- Bu tarixdən Azərbaycanda internetin sürəti 2.5 dəfə artırılacaq
- Prezident Fərman imzaladı – əmək müqavilələri bu qaydada bağlanacaq
- Hava proqnozu: Sabah, avqustun 13-də hava durumu necə olacaq?
- Prezident İlham Əliyev MÜHÜM SƏRƏNCAM imzaladı
Təqvim
Copyright © 2024 Xəbər AzTv