Fransanın müstəmləkələri Bakıdan kömək istəyir

bodrum escort bayan

Fransanın bundan sonra da təzyiqləri dayandıracağı, müstəmləkələrində yerli xalqların milli-azadlıq mübarizəsini pressinqlər və kobud müdaxilələrlə qarşısını almağa çalışacağı şübhəsizdir.Fəqət, rəsmi Parisin neokolonializm siyasəti Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə verdiyi töhfə və dəstəyi əsirgəməsinə zərrə qədər təsir etməyəcək.Parisə ən yaxşı cavablardan biri isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans oldu. Konfransa qatılan Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adaları xalqlarının məruz qaldıqları müstəmləkəçilikdən dərin narahatlıqlarını ifadə etmək üçün Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlayıblar.Məktubda 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin imzalanmasından sonra, özünüidarəetmənin beynəlxalq normalarının Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının öz müqəddəratını təyinetmə və müstəmləkəsizləşdirmə üçün tələb olunan şərtləri nəzərdən keçirməsi sayəsində inkişaf etməyə başladığı vurğulanıb. Qeyd olunub ki, 1946-1960-cı illərdə BMT Baş Assambleyası tərəfindən müvafiq qətnamələr qəbul edildi və bu beynəlxalq prinsiplər üzrə qlobal konsensus yarandı. 1960-cı ildə dekolonizasiya haqqında tarixi bəyannamənin (1514 saylı qətnamə), ondan sonra 1541 saylı qətnamənin qəbul edilməsi ilə proses sürətləndi. Bu hadisələr müstəmləkə ərazilərində olan ölkələrin müstəqillik uğrunda hərəkatına təkan verdi.

Paylaş: