2023-cü ildə Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

bodrum escort bayan

2023-cü il ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar
tərəfindən 466307,4 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox ümumi məhsul buraxılışı olmuşdur. Məhsul və xidmətlərin 67,1 faizi istehsal sahələrinin, 32,9 faizi isə xidmət
sahələrinin payına düşmüşdür. Məhsul və xidmətlərin 12,3 faizi sənaye, 31,2 faizi ticarət; nəqliyyat vasitələrinin
təmiri, 45,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 9,6 faizi tikinti, 0,6 faizi informasiya və rabitə sahələrində istehsal edilmişdir.
Sənaye. 2023-cü ildə sənaye istehsalı indeksi 113,0 faiz təşkil etmişdir.Sənaye
məhsulunun 0,3 faizi mədənçıxarma sənayesinin, 88,4 faizi emal sənayesinin, 11,2faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və 0,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Kənd təsərrüfatı.2023-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki
qiymətlərlə dəyəri 210659,9 min manat təşkil etmişdir ki, onun da 76269,3 min manatı heyvandarlıq, 134390,6 min manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik.2023-cü ildə20314,3 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi
əkini aparılmışdır.Bu da ötən illə müqayisədə 613,8 hektar və ya 3,1 faiz çoxdur. Əkin sahəsinin 13324,5 hektarını dənli və dənli paxlalı bitkilər,191,0 hektarını kartof, 665,3 hektarını tərəvəz, 56,5 hektarını bostan, 6077,0 hektarını çoxillik otlar təşkil edir.
Cari ildə 229,9 hektar yeni bağlar salınıb, ümumilikdə 6941,6 hektar meyvə və giləmeyvə bağları mövcuddur.
2023-cüildədənli və dənli paxlalı bitkilərin 13324,5 hektar sahəsindən 36017,1 ton məhsul toplanmışdır. Onlardan 6539,0 hektar buğda sahəsindən 18310,0 ton,
6554,5 hektar arpa sahəsindən 17042,0 ton, 40,0 hektar dən üçün qarğıdalı sahəsindən
206,7 ton, 191,0 hektar çəltik sahəsindən isə 458,4 ton məhsul yığılmışdır.
Mövsümün əvvəlindən sahələrdən 3022,1 ton kartof, 57668,1 ton tərəvəz, 1191,2 ton
bostan, 89198,1 ton meyvə və giləmeyvə toplanmışdır.
Heyvandarlıq.2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 9013,0 ton ət, 20105,0
ton süd,18648,0 min ədəd yumurta, 124,7 ton yun istehsal edilmişdir.
2024-cü il yanvarın 1-i vəziyyətinə 36368 baş iribuynuzlu mal-qara, o cümlədən
18308 baş inək və camış, 66273 baş qoyun və keçi mövcud olmuşdur.
Tikinti.2023-cü ildə iqtisadivə sosial sahələrin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 46438,0 min manat vəsait yönəldilmişdir. Vəsaitin 96,8
faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə
müqayisədə tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 2,7 dəfə artmışdır.
İstifadə edilən investisiyanın 42146,2 min manatı dövlət mülkiyyətinin, 4291,8 min
manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Pərakəndə ticarət və ödənişli xidmət.2023-cü ildə istehlakçıların tələbatlarının
ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 455594,6
min manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən 40229,0 min manat və ya 0,5 faiz artmışdır.

Göyçay Rayon Statistika İdarəsinin rəisi: Teymur Şirinov

Paylaş: