Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.Hökmə əsasən S.Müslümov ittiham edildiyi maddələrlə təqsirli bilinib. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin həmin cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.Eyni zamanda onun əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Prokuror S.Müslümov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası verilməsini istəmişdi.Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib. İsrafetmə epozodu ilə bağlı isə ayrıca cinayət işi başlanıb.
Axtar
Xəbər xətti
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Hava kəskin soyudu: Bakıya qar yağır
- Ehtiyatlı şəkildə deyirəm ki, həmkarım Bayramovla… – Mirzoyan
- Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
- Azərbaycan Ordusunun “EFES – 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb
- Tərtərdə məktəbin qarşısında dəhşət – bir yumruqla şagirdi öldürdü – YENİLƏNİB – FOTO
- İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
- 2024-cü ilin yanvar-mart aylarında Göyçay rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
- Gəncədə məktəbli bıçaqlandı
- Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq
- Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verib
- Qeyri-sabit hava bu tarixədək davam edəcək – Rəsmi
- 1 iyuladək icazə alan taksi sürücülərinə şad xəbər – RƏSMİ
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Heydər Əsədov yenidən rektor təyin edildi
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- İyunda ardıcıl 5 gün iş olmayacaq
- Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib
- Coğrafiya İnstitutu: Temperaturun artma tendensiyası davam edəcək
- Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır
- Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
- İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 5 şəhərə xidmət göstərəcək
- Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib
- Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxılıb
- Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
Təqvim
Copyright © 2024 Xəbər AzTv