Göyçay rayonunda yeni təhlükəsizlik kameralarının quraşdırılması işləri aparılır

bodrum escort bayan

Azərbaycanda dövlətçiliyin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində DİN əməkdaşlarının xidmətləri danılmazdır. Ölkənin hüquq- mühafizə orqanları arasında Azərbaycan polisinin öz yeri və zamanla qazandığı uğurları var.Göyçay rayon Polis Şöbəsinin rəisi cənab Müqabil Abdıyev və rayon Dövlət Yol Polis Bölməsinin rəisi Vüsal Həsənov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza öz xidmətləri ilə nümunədirlər.Respublikanın hər yerində olduğu kimi Göyçay rayonunda da əhalinin təhlükəsizliyinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə çevik reaksiya verilməsi məqsədi ilə rayonun H. Əliyev prospekti, Əli Kərim, N. Nərimanov, Nizami və M. Hüseynzadə küçələrində nəqliyyatı infrastrukturunda və insanların sıx hərəkət etdiyi digər yerlərdə təhlükəsizlik kameralarının quraşdırılması işləri aparılıb. Bu istiqamətdə digər işlər davam etdirilməkdədir. Bundan əlavə rayonda DYP əməkdaşları tərəfindən mütəmadi keçirilən reydlər nəticəsində rayonda sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə edənlər,sərxoş sürücülər və rayon ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi kobud şəkildə pozan sürücülərin avtomobilləri aşkarlanaraq duracağa yerləşdirilərək barələrində protokollar tərtib edilərək inzibati tədbirlər görülür.Son iki il ərzində rayonda görülən işlərə görə rayon sakinləri Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Göyçay rayon Polis Şöbəsinin rəisi cənab Müqabil Abdıyeva və DYP-nin Göyçay bölməsinin rəisi Vüsal Həsənova təşəkkürlərini bildirirlər.

Xəbərin müəllifi: Rəşid Ağagül oğlu Rüstəmov























Paylaş: