Paşinyan 9 noyabr bəyanatını necə imzalamasından danışdı: “Şuşanın əldən çıxması…”

bodrum escort bayan

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında çıxış edib.

Xəbəraztv.Az istinadən bildirir ki, onun sözlərinə görə, Şuşanın əldən çıxması 2020-ci il 9 noyabr tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri oldu: “Üçtərəfli bəyannaməni niyə məhz noyabrın 9-u imzaladım? Burada, əlbəttə, Şuşanın əldən verilməsi qırılma nöqtəsi oldu. Burada yalnızca şəhərin simvolik deyil, strateji əhəmiyyəti də vacib idi”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Şuşanın azərbaycanlı hərbçilər tərəfindən azad edilməsindən sonra Xankəndi “zərbə altında” qala bilər, Xocavəndə də təzyiqlər güclənərdi: “Ən əsası isə təqribən 25 min əsgər mühasirədə qala bilərdi”.

Paşinyan bildirib ki, noyabrın 9-u müharibəni dayandırmaq üçün beşinci cəhd olub. O, bununla bağlı birinci cəhdin oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmək üçün zəng etdiyində edildiyini xatırladıb.

Paylaş: