Vətəndaş cəmiyyəti qurumları beynəlxalq təşkilatlara müraciət etdi

bodrum escort bayan

Martın 25-də BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafis Səfixanov, “Dayaq” Qeyri-Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

Xəbəraztv.az xəbər verir ki, müraciətdə BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamağa çağırılıb: “30 il Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan Azərbaycan əraziləri talan edilməklə yanaşı, yandırılaraq məhv edilmişdir. Bu ərazilər sözün əsl mənasında ekoloji fəlakət dövrü yaşayır”, – deyə bəyanatda bildirilib.

Müraciətdə Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan 44 günlük müharibə nəticəsində azad edilən Azərbaycan ərazilərinin ciddi şəkildə mina problemi ilə üz-üzə qaldığı vurğulanıb.

“Son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğal altındakı ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olmuş və ya ağır yaralanmışlar. Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir,” – deyə bəyanatda qeyd edilib.

Bəyanatda erməni hərbi birləşmələri tərəfindən minaların əsasən hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırıldığı və mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törətdiyi qeyd edilib.

Vətəndaş cəmiyyəti qurumları belə bir həssas dönəmdə “Human Rights Watch” və bəzi beynəlxalq qurumları, gizli ölüm saçan mina təhlükəsini deyil, 2020-ci il 10 noyabr tarixli bəyanatın ardından Azərbaycanın işğaldan azad edilmiş ərazilərində insan tələfatı ilə nəticələnən təxribatlar törədən, münaqişənin həllini bilərəkdən pozmağa çalışan erməni hərbi birləşmələrinin əməllərinə haqq qazandırmağa çalışmasının yolverilməz olduğunu qeyd edirlər. “Bəzi beynəlxalq qurumlar Birinci Qarabağ müharibəsi zamanında Azərbaycan tərəfdən itkin düşən 3171 hərbi vəzifəlinin, 719 mülki şəxsin acı taleyinə biganə yanaşır, düşmən tərəfindən dağıdılaraq viran edilmiş yaşayış məntəqələrinin, mədəni obyektlərin, sosial infrastrukturun dözülməz vəziyyətinə göz yumurlar. Son döyüş əməliyyatları zamanı Gəncədə, Bərdədə, Tərtərdə Azərbaycanın digər şəhər və rayonlarında məskunlaşan mülki şəxslərə qarşı qadağan olunmuş kasetli bombalar, kimyəvi sursatlardan istifadəyə görə işğalçı tərəfə qarşı ittihamla çıxış etmirlər”.

Bəyanatın sonunda beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsinə, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsinə səssiz qalmamağa çağırılıb.

Paylaş: