İsmayıllıda qəza: 5 nəfər yaralandı – Foto

bodrum escort bayan

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində olub.

Belə ki, Qəbələ rayon sakini Fəzail Bəşirov idarə etdiyi 10-MN-810 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Fəzail Bəşirov və sərnişinlər-Qəbələ rayon sakinləri, 1962-ci il təvəllüdlü Bəhramov Məzahir Yusif oğlu, 1966-cı il təvəllüdlü Quliyev Faiq Ənvər oğlu, 1961-ci il təvəllüdlü Quliyeva Tamam Yusif qızı və 1985-ci il təvəllüdlü Bəhramova Ülviyyə Məzahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş: