Qələbə sevincli Peşə bayramı

bodrum escort bayan

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə 22 noyabr Ədliyyə işçilərinin Peşə bayramı günü kimi təsis olundu. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə – 1918-ci ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildiyi tarixdir.

2000-ci ildən indiyə kimi 22 noyabr Ədliyyə işçiləri tərəfindən hər il yüksək sevinc hissi ilə qeyd olunur. Bu sevincə yalnız hüquq orqanlarında çalışan işçilər deyil, bütün xalqımız qoşulur.

2020-ci ilin 22 noyabrını isə daha böyük sevinclə qarşılayacağıq. Azərbayan-Ermənistan müharibəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsi, doğma Qarabağın mənfur düşmənlərin işğalından azad olunması Ədliyyə işçilərinin Peşə bayramı günü sevincinə yeni, təkrarsız rəng qatacaq. 2000-ci ildən bəri bütün xalqımız kimi Ədliyyə işçiləri ümidlərimizdən –Qarabağın işğaldan azad olunacağına inanmamızdan, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqları günün uzaqda olmamasından, faşist hayların( ermənilərin) xarabaya çevirdiyi şəhərlərimizi, kəndlərimizi yenidən qurub-yaradacağımızdan danışırdıq, yazırdıq. Bu gün bizim arzularımız,ümidlərimiz reallığa çevrilib. Torbaqlarımız düşmən tapdağından azad olunub. Haqq-ədalət zəfər çalıb. İndi biz qələbə sevinci ilə yaşla dolan gözlərimizi silə-silə deyirik: Vətənimizə vurulan bu yaraların cavabını düşmənlərimizin, onların ideoloqlarının, qırğınların
təşkilatçılarının beynəlxalq məhkəmələr qarşısında cavab verəcəkləri gün uzaqda deyil.

30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə nizamlanması, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi, Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi istiqamətində heç bir iş görmədilər. Əvəzində təcavüzkar, işğalçı ölkəni, gizlində və ya aşkar müdafiə etdilər. Nəticəsiz, danışıqlar naminə danışıqlar, münaqişənin sülh yolu ilə həll edilməsi cəhdlərinin imitasiyası, işğalçı ölkənin hər vəchlə danışıqlardan yayınması, yeni-yeni iddialarla çıxış etməsi xalqımızın səbr kasasını doldurub daşdırırdı.

Hər dəfə Azərbaycan tərəfi belə nəticəsiz danışıqlara etirazını bildirəndə həmsədr ölkələr deyirdilər ki,məsələ sülh yolu ilə həll olunmalıdır. Bunun hərbi yolu həlli mümkün deyil.

Azərbaycan Prezidenti haqlı olaraq bildirirdi ki, Ermənistan məgər bizim torpaqlarımızı sülh yolu ilə işğal edib. Biz nə qədər gözləməliyik, xalqımızın səbri artıq tükənib.

Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deməsi, qondarma qurumun dırnaq arası parlamentinin Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərinə köçürülməsi barədə bəyanatı artıq bütün beynəlxalq hüquq normalarının tapdalanması, təcavüzkar ölkənin torpaqlarımızı əbədi olaraq işğal altında saxlamaq cəhdi idi. Dünyanın bir çox yerlərindən ermənilərin Qarabağda qeyri-qanuni məskunlaşdırması kimi hərbi cinayətə əl atan Ermənistanı ATƏT-in Minsk qrupu rəsmi şəkildə qınamadı, susdu. Bu isə Ermənistanı daha da şirnikləndirdi. Onlar yeni torpaqlar uğurunda mübarizəyə başlamaq haqqında çıxışlar etməyə başladılar. 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində sərhədlərimizə hücum etdilər. Azərbaycan Ordusu həmin döyüşlərdə öz gücünü göstərdi, düşmənə layiqli dərs verdi. Avqust ayında düşmən ölkənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alındı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etdi ki, güclü ordumuz var, xalqımızın qələbə əzmi yüksəkdir və biz öz torpaqlarımızı azad etməyə qadirik,bizim səbrimizlə oynamaq olmaz, işğalçı ölkəni məcbur etmək lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin. İşğalçı ölkənin aşkar və gizli havadarları susdular, Azərbaycanın haqlı tələblərini qulaqardına vurdular. Cəzasız qalan işğalçı ölkənin iddiaları və iştahası daha da gücləndi.

Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum etdi. Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənin qarşısını qətiyyətlə aldı, uğurlu əks-hücuma başladı. Azərbaycan öz gücünü, Prezidentimiz siyasi iradəsini ortaya qoydu. Qırx dörd günlük müharibə dövründə Azərbaycan iki cəbhədə mübarizə aparırdı, döyüşürdü. Həm hərbi, həm də siyasi, diplomatik cəbhələrdə Azərbaycan öz yenilməzliyini nümayiş etdirdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev Xarici informasiya kanallarına, dünyanın nüfuzlu mətbuat orqanlarının nümayəndələrinə verdiyi müsahibələrində Azərbaycana olan qərəzli, birtərəfli münasibətləri qətiyyətlə, siyasi ustalıqla dəf etdi. Bu müsahibələrdə, bəyanatlarda onun intellekti,siyasi iradəsi, qətiyyəti sayəsində ölkəmizə qarşı qərəzli mövqe tutan bir çoxları məğlub duruma düşərək Azərbaycanın haqlı mövqeyini qəbul etməyə məcbur oldular.

Bu müharibədə qardaş Türkiyənin və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana siyasi , mənəvi dəstəyi sayəsində bir sıra ermənipərəst dövlətlər fəallaşa bilmədi. Onun dediyi “ Biz hər an qardaş Azərbaycanın yanındayıq” sözləri bir çox erməni havadarlarının məkrli niyətlərini ürəyində qoydu.

Qırx dörd günlük müharibədə Türkiyənin bizim yanımızda olması Ümummilli lider Heydər Əliyevin dediyi “ Biz bir millət iki dövlətik” sözlərini bir daha təsdiq etdi.

İkinci vətən müharibəsində müzəffər Ordumuz qarşısında aciz qalan Ermənistanın Gəncə, Tətər, Mingəçevir şəhərlərini, bir çox kəndləri hədəfə alması, dinc insanları qətlə yetirməsi, mülki obyektləri, yaşayış evlərini dağıtması, qadağan olmuş silahlardan istifadə etməsi misli görünməmiş vəhşiliyin, vandalizmin bariz nümunəsidir.

Bu müharibə Azərbaycanda dövlət –xalq birliyini, həmrəyliyini bir daha sübut etdi. Xalqımız bir nəfər kimi-“biz Prezidentimizin, dövlətimizin , ordumuzun yanındayıq”-dedi.

Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Suqovuşanın, yüzlərlə Azərbaycan kəndinin, strateji yüksəkliklərin, zirvələrin işğaldan azad edilməsinin, mənfur düşməndən təmizlənməsinin xalqımıza bəxş etdiyi sevincin zirvəsi Şuşa şəhərinin azad edilməsi,bayrağımızın Şuşada dalğalanması, 30 ildən sonra Şuşa məscidində azan səsinin eşidilməsi oldu.Bu möhtəşəm xəbəri Ali Baş Komandan xalqa çatdırarkən hər bir azərbaycanlının keçirdiyi sevinc hisslərini sözlə ifadə etmək çətindir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışındakı bir məqamı həyəcansız, göz yaşlarısız dinləmək mümkün deyildi. O, söylədi ki, mən Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdim və ürəyimdə dedim ki, mən xoşbəxt övladam, sənin vəsiyyətini yerinə yetirdim, Şuşa artıq bizimdir.

Şuşanın azad edilməsindən sonra Ermənistan öz məğlubiyyətini etiraf etməyə məcbur oldu. Azərbaycan Vətən müharibəsindən qalib çıxdı, şəhidlərin qanı bahasına biz tarix yazdıq və bütün dünyaya sübut etdik ki, biz məğrur xalqıq. Bizim heç bir xalqın, dövlətin torpağında gözümüz yoxdur, lakin öz torpaqlarımızdan bir qarış da olsa heç kimə verməyəcəyik. Dünya bizim gücümüzü, qüdrətimizi gördü. Ermənistanın məğlubiyyəti ilə barışmaq istəməyən mənfur, məkrli qüvvələr də bu reallıqla hesablaşmaq məcburiyyətində qalıblar. Vaxtilə bir milyondan çox azərbaycanlının ata-baba torpaqlarından qovulmasına, minlərlə dinc azərbaycanlının soyqırımına məruz qalmasına göz yumanlar, susanlar bu gün Ermənistana, son 20-30 ildə qeyri-qanuni Qarabağda məskunlaşdırılan ermənilərə yas saxlayırlar.

Qələbənin qazanılmasında Göyçaylı şəhidlərin və qazilərin də payı oldu. Onlar da döyüşlərdə böyük fədakarlıq göstərdilər və adlarını tarixə yazdılar.

Bu müharibə günlərində bütün xalqımız kimi Ədliyyə orqanlarının işçilərinin də qəlbi mübarizə və qələbə eşqi ilə döyünürdü. Onlar da qələbənin qazanılmasında əllərindən gələni əsirgəmirdilər.

Bu qələbə Azərbaycanda dövlət və xalq vəhdətinin nəticəsində əldə edildi.
Azərbaycan Ədliyyəsi bu il 22 noyabrı qələbə sevinci ilə qeyd edəcək. Qələbə sevincli Peşə bayramı gününüz mübarək, hörmətli həmkarlarımız!
Könül Məmmədova
Göyçay Qeydiyyat şöbəsinin rəisi

Paylaş: