Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov martın 10-da Ağsu şəhərində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları fərdi qaydada qəbul edib.
Xəbəraztv.Az-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ağsu Suvarma Sistemləri İdarəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, nov kanallarının qurulması, habelə cəmiyyətin səlahiyyətlərinə aid olmayan bir sıra məsələləri əhatə edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. ASC-nin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndəriləcək.
Vətəndaşlar, o cümlədən İsmayıllıdan Zahir Məhərrəmov, Ağsu rayonunun Şahbəyli kəndindən Eldar Yadigarov və digərləri bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Axtar
Xəbər xətti
- Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq
- İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib
- Xankəndidə ilk körpə dünyaya gəldi
- RAMAZANDAN SONRA BUNLARI EDİN – VACİB MƏSLƏHƏTLƏR
- Bayram namazının vaxtı AÇIQLANDI
- Aprelin 7-də bu rayonlarda buraxılış imtahanları keçiriləcək – SİYAHI
- Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri AÇIQLANDI
- İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
- Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü başlayıb
- Konqo Respublikasının Prezidenti ölkəmizə rəsmi səfərə gəlib
- Ordumuzun Aprel qələbəsindən 8 il ötür
- Mövqelərimiz atəşə tutuldu
- Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb
- Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb
- 31 Mart soyqırımından 106 il keçir
- Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirib
- “Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq”
- Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?
- Əməkdar artist vəfat etdi
- Bu avtomobillərlə taksi işləmək qadağan olundu
- Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqlədi
- Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq
- Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
- Təhsil müəssisələrində ilk iş günü bu tarixdə olacaq
- Bakıda oteldə yanğın olub, 25 nəfər təxliyə edilib
Təqvim
Copyright © 2024 Xəbər AzTv