Ağsu Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib

Xəbəraztv.Az-ın məlumatına görə,Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 11 mart 2022-ci il tarixdə vətəndaşların növbəti qəbulunu keçirilib. RİH başçısı şəhid ailələrini, Vətən müharibəsi iştirakçılarını, eləcə də digər rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Paylaş: