Kürdəmirin sonuncu iki yaşayış məntəqəsinə təbii qaz verilib

bodrum escort bayan

Kürdəmirin ən ucqar şimal yaşayış məntəqələri olan Qarabucaq və Qurdbayram kəndlərinə təbii qaz verilib. Beləliklə, rayonun qazlaşdırılması sona çatıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon mərkəzindən 22 kilometr məsafədə olan Qurdbayram kəndinin 160 nəfər, 16 kilometr məsafədə yerləşən Qarabucaq yaşayış məntəqəsinin isə 550 nəfər sakini var. Kənd sakinləri koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində onların sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sentyabrın 10-da təbii qazın verildiyi gün hər iki kənddə əsl bayram sevinci yaşanıb.

Paylaş: