Yevlaxda MİDA tərəfindən yaşayış kompleksinin tikintisinə başlanılıb

bodrum escort bayan

Yevlax şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Yevlax Yaşayış Kompleksinin inşasına başlanılıb.
Ümumi sahəsi 1,9 hektar olan yaşayış kompleksi hər biri yeddimərtəbəli olmaqla, 6 binadan ibarətdir. Binalardakı 329 mənzildən 14-nün studio tipli, 28-nin birotaqlı, 84-nün ikiotaqlı, 139-nun üçotaqlı, 64-nün dördotaqlı olması nəzərdə tutulur. Studio tipli mənzillərin sahəsi 43,1-43,4 kvadratmetr, birotaqlı mənzillərin sahəsi 45,4 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 58,6-86,6 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 73,9-98 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi 102,4-129,1 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə sakinlər üçün istirahət guşələri yaradılacaq.

Paylaş: