Regionların qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir

bodrum escort bayan

Əhalinin təhlükəsiz və fasiləsiz maye qazla təmin edilməsi üçün bölgələrdə müvafiq işlər görülür.Ölkədə həyata keçirilən uğurlu və səmərəli islahatlar bütün sahələrdə inkişafın əldə olunmasını şərtləndirib.Yeni iqtisadi şəraitdə regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi isə milli tərəqqinin davamlı xarakter daşımasına etibarlı zəmin yaradıb. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafına hədəflənmiş tədbirlər çoxşaxəli xarakter daşıyır və bütün sahələri əhatə edir.Eyni zamanda,Azərbaycanın bütün rayonlarında olduğu kimi Zaqatala RQİİ-nin Ağdaş Xidmət Sahəsində də əhalinin fasiləsiz və daimi təbii qaz təminatı yaxşılaşdırılır. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Belə ki, Prezident İlham Əliyevin bütün bölgələrin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq müvafiq Dövlət proqramları çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Başqa sözlə, bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər maye qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Hazırda Ağdaş rayonun şəhər daxil olmaqla 21700 abonent olmaqla 62 kəndə qazlaşdırma işləri başa çatdırılıb.Rayon üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.Hazırda Ağdaş rayonunun Aralbir, Orta Qəsil, Aşağı Qəsil, Hüşün və Kükəl kəndlərində əsaslı təmir işləri davam etdirməkdədir. Qaradeyin kəndinə isə yeni qaz xətləri çəkilərək tam qazlaşdırılıb. Görülən işlərə və kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş: