Ukraynada öldürülən Fransa muzdlularının sayı açıqlanıb

bodrum escort bayan

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 300-dən çox fransalı muzdlu döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya gəlib.Bu barədə məlumatlı mənbə RİA Novosti-yə bildirib.Mənbənin sözlərinə görə, onlardan bəziləri Fransa quru qüvvələrinin 11-ci hava desant briqadasının Xarici legionunun 2-ci paraşüt alayında (Korsika adasındakı Kalvi qəsəbəsi) xidmət edib.Agentliyin həmsöhbəti qeyd edib ki, döyüşlərdə 130-a yaxın fransalı muzdlu öldürülüb, 170-ə qədər muzdlu isə Ukraynanı tərk edib.“Bu ilin yanvar ayına olan məlumata görə, xüsusi hərbi əməliyyat zonasında Fransadan olan 50 döyüşçü olub”, – deyə mənbə əlavə edib.

Paylaş: