Ata vəsiyyəti

bodrum escort bayan

1993-cü il…Ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında tarixi çıxışından: “Mən çox nikbinəm və çox inanıram ki, Azərbaycan
üçün bu ağır problemləri, bu ağır Qarabağ məsələsini həll edəcəyik, işğal olunmuş
torpaqlar azad olunacaq, insanlar öz doğma yurdlarına qayıdacaq, bu torpaqlarda
viran olmuş, dağıdılmış şəhərlərdə, kəndlərdə, evlərdə insanların yaşaması üçün
lazım olan hər şey bərpa olunacaq”.
Üzun illər bundan qabaq edilən bu çıxış Heydər Əliyevin çox uzaq görən dövlət
xadimi, müdrik siyasətçi olduğunun bir daha əyani sübutudur. Onun xalqımız
qarşısında etdiyi hər bir çıxış, verdiyi hər bir vəd bu gün xalqımızın və dövlətimizin
inkişaf etmiş bu gününə və etməkdə olan gələcəyinə hesablanmış böyük töhvədir.
Bu gün yaşadığı və olduğu yerindən, yaşından, tutduğu mövqedən aslı olmayaraq
xalqımızın hər bir gənc, orta və yaşlı nəsil nümayəndəsi ulu öndər Heydər Əliyevi
xatırlayır və dərin ehtiramla yad edirsə demək bu onun gücünün, qüdrətinin və
müdrikliyinin siyasi təntənəsidir. Bu gün hər bir Azərbaycanlı yaxşı bilir ki, bu
müstəqil, hüquqi, demokratik və qalib Azərbaycanın dövlətçilik təməli ulu öndərin
müdrik siyasəti və inandığı və vəsiyyət etdiyi qalib Ali baş Komandan İlham Əliyevin
əməl etdiyi düzgün və davamlı siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Bu gün
hər bir vətən övladı bu siyasi xəttin Ulu Öndər tərəfindən layiqli varisinə ötürüldüyünü
yaxşı xatırlayır. Xalqımızın isə bu tarixi bəyanata birmənalı dəstək göstərdiyinin
şahidi oluruq. Bu gün dövlətimiz regionda və beynəlxalq sferada həm iqtisadi-
mədəni, həm də hərbi inkişaf yolunda uğurla addımlayır, böyük qələbələrə imza atır.
Bu uğurların əsası Ulu Öndər Heydər Əliyev ideologiyasına və bunu davam və
inkişaf etdirən Qalib Ali Baş Komandan İlham Əliyev və onun düzgün siyasəti
ətrafında birləşən xalq birliyinə əsaslanır.
1993-cü ildə xalqın tələbi və dəstəyi ilə prezident vəzifəsinə seçilmiş Ulu Öndər
Heydər Əliyev mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız
xidmət etməklə “Ən böyük azərbaycanlı” adını layiqincə haqq etmişdi. Ulu Öndər
müdrik siyasətçi olmaqla bərabər, həm də güclü vətənpərvər idi. Azərbaycanımızın
hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma
olmuşdur. O xalq qarşısında, eləcədə başqa ölkələrə səfərlərində etdiyi bütün
çıxışlarında düşmən tapdağında əzilən, talan olunan, işğal olunan Qarabağ və ev-
eşiyindən, doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və
məcburi köçkünlərdən ürək ağrısı ilə danışırdı. O, Azərbaycanı Qarabağsız, Şuşasız
təsəvvür etmirdi. Bu barədə deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan
yoxdur.” Həmişə çıxışlarında Azərbaycan xalqını əmin edirdi ki, bir gün mütləq
Şuşaya, Qarabağa qayıdacaq.
20 il bundan əvvəl 2003-cü ildə Azərbaycan xalqının etimad və dəstəyi ilə
prezident seçilən İlham Əliyev Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and
içmişdiki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək onun
ərazi bütövlüyünü qoruyacaq. 2003-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycan
xalqına müraciət edərək demişdir: İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm
qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
İlham Əliyev Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda
hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirmiş və söz vermişdiki, üçrəngli
bayrağımız işğal altında olan bütün torpaqlarımızda əbədi dalğalanacaq. Bu illər
ərzində Azərbaycan gücləndi, Azərbaycan regionda və dünyada layiqli yerini tuta
bildi. Artıq Azərbaycan dövləti ilə hesablaşırlar. Ölkəmizin ədalətli mövqeyi, bu yolda atdığı addımlar bölgənin sülh və əmin amanlıq içərisində yaşaması üçün böyük
zəmin yaradır. Dövlət başçımız bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini
həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaratmış, ilk öncə ordumuzun
gücləndirilməsi işində yorulmadan çalışmış və buna nail olmuşdur. Bu gün
Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni layiqincə yerinə yetirə bilər və biz
bunu istər 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində, istərsə də
sentyabr ayının 19-20 də cəmi 23 saat davam edən antiterror əməliyyatı zamanı
əyani olaraq şahidi olduq. Dövlətimizin hərbi gücü, qüdrəti bir daha göstərdi ki,
Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və düşmənə verilə bilməz.
Hamılıqla Silahlı Qüvvələrimizlə fəxr edirik, çünki bu gün Qarabağın hər bir
rayonunda bayrağımızın dalğalanmasının səbəbkarı Azərbaycan övladıdır. Bu illər
ərzində elə gənc nəsil yetişmişdi ki, Vətən, torpaq və üçrəngli bayraq uğrunda ölümə
getdilər, əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq nümayiş etdirdilər.
Bu gün illər öncə arzuladığımız artıq reallaşıb, Ulu Öndərin ruhu şaddır. Böyük
şəxsiyyətin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqı və
müzəffər ordusu ilə dəmir yumruq ətrafında sıx birləşərək torpaqlarımız işğaldan
azad edildi və ata vəsiyyəti yerinə yetirildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın
8-də Şəhidlər xiyabanından xalqa birbaşa müraciətində Şuşanın azad olunması
müjdəsini verərək Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini qürurla qeyd etdi:
“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük
Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun
Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu gün ulu öndər Heydər Əliyevin arzuladığı bütöv bir Azərbaycan var,
dövlətimiz, dövlətçiliyimiz möhkəm və əmin əllərdədir. Qarabağ, onun tacı Şuşa,
Xankəndi tarixi sahibinə qovuşub, doğma yurdumuza 30 ildən sonra yenidən həyat
qayıdır, 30 ildə viran edilmiş hər tərəfdə güclü abadlıq tikinti işləri sürətlə davam edir.
Bu gün xalq hakimiyyəti möhkəm, sarsılmaz ənənələr üzərində dayanmaqdadır.
Şanlı dövlətçilik tariximizlə yanaşı, dünyanın yeni tarixinə yazılan bu zəfər
simvolunda xalqımızın iki dəyərli övladının, müdrik siyasətçilərin – Ulu Öndər Heydər
Əliyevin və Qalib Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə
yazılması artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə
yetirilməs gerçəkliyi! “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi
meydanında Azərbaycan Bayrağı qaldırılıb. Bu 30 illik Vətən, Qarabağ həsrətinin
sonu, yeni qalib bir dövlətin öz tarixi torpaqlarında ədaləti bərpa etdiyi bir gündür.
Günümüz və Zəfərimiz mübarək, ədalətimiz sarsılmaz olsun.

Ağdaş rayon Qeydiyyat şöbəsinin rəisi
Teymur Mustafayev

Paylaş: