Gürcüstan səfəri buna hesablanmışdı – Paşinyan Rusiya masasına oturmaqdan niyə qorxur?

bodrum escort bayan

Xəbəraztv.Az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Paşinyan MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtinasını şərh edərkən qeyd edib.

O, bildirib ki, mövcud situasiyada Bakı və İrəvanın danışıqlarında platformaların seçimi ilə bağlı problemin yarandığı görünür.

“Paşinyan MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtina edib. Ermənistan xarici işlər naziri Araat Mirzoyan da Rusiyanın XİN rəhbərlərinin sammit çərçivəsində planlaşdırılan üçtərəfli görüşünə qatılmayacaq.

Ermənistan Rusiyanın vasitəçiliyindən mümkün qədər qaçır. Bunun nə qədər mümkün olacağını proseslərin inkişafı göstərəcək, lakin mövcud situasiyada Bakı və İrəvanın danışıqlarında platformaların seçimi ilə bağlı problemin yarandığı görünür.Azərbayan Fransanın rəhbərliyi ələ almaq istədiyi Qərb masasına getmək istəmir: bu masada kommunikasiyanın açılması və sərhədin delimitasiyasına yanaşma Bakının gündəliyinə uyğun deyil; Şarl Mişelin Brüssel formatına qayıtmaq təklifi qəbul edilsə belə, prinsipial məsələlərdə razılaşmanın əldə edilcəyi gözləntisi azdır;

Ermənistanın Rusiya masasına əyləşməsi kommunikasiya və sərhədin delimitasiyası məsələsində iddialarından əl çəkməsi ilə nəticələnə bilər, eyni zamanda, bu, İrəvan üzərindən bölgəyə daxil olan Qərbin dəstəyindən də məhrum olmaq riski yaradır.

Bu situasiyanın mənfi tərəfi sülh sazişinin arxa plana keçməsi, esakalasiya riskinin artmasıdır, hərçənd, müsbət tərəfi də diqqətdən yayınmır: tərəflərin bir araya gəlməsində Qərb və Rusiya masası problemlidirsə, o zamanda, üçüncü variat ön plana çıxacaq;

Gürcüstan Bakı və İrəvanın danışıqları üçün yeni platformaya çevrilə bilər. Əliyevin Tbilisi səfəri və Gürcüstanda görüş təklifini irəli sürməsi də buna hesablanmışdı. Üçüncü tərəflərin – Qərb və Rusiyanın prosesdə iştirak etməməsi Tbilisi platformasında Bakı və İrəvanın anlaşa bilməsi imkanlarını da artırır.

İslam
Xəbəraztv.Az

Paylaş: