Azərbaycan mərkəzi hakimiyyəti Xankəndiyə növbəti dəfə humanitar yardım göndərib.
Xəbəraztv.istinadən xəbər verir ki, yanacaqla dolu 2 avtomobil Xankəndiyə yol düşüb.Avtomobillər Xankəndi istiqamətinə hərəkət edir.
Qeyd edək ki, bu gün yanacaqla dolu 2 avtomobil Xankəndiyə yol düşüb. 34 ton dizel 30 ton benzin olmaqla 2 yanacaq avtomobili Ağdam-Xankəndi yolu ilə Xankəndi istiqamətinə hərəkət edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir. Onu da əlavə edək ki, ilk belə yanacaqla dolu 2 avtomobil Xankəndiyə sentyabrın 23-də göndərilib.
Xəbəraztv.Az